
Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.
AVESTA.AZ Apa-ya istinadən xəbər verir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.
Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.
Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.