12-06-2025, 19:48 612

Bu sosial islahat paketi 3 milyon insanı əhatə edir - Nazirlik

Şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələrvə b. yönələn sosial ödənişlərdə artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AVESTA.AZ-ə bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı yeni Fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını təmin edir.

İmzalanmış yeni Fərmana əsasən, 2025-cü ilin 1 iyulundan:

Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün  Prezidentin aylıq təqaüdü – 700 manata çatdırılır;

Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) - 600 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) -  500 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) - 400 manata çatdırılır;

Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü - 2200 manata çatdırılır; 

Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü - 2000 manata çatdırılır;

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 1700 manata çatdırılır;

Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 600 manata çatdırılır; 

Dəfn üçün birdəfəlik müavinət - 600 manata çatdırılır; 

Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:

0-6 yaş arası uşaq üçün - 500 manata,

7-13 yaş arası uşaq üçün - 600 manata,

14-18 yaş arası uşaq üçün - 650 manata çatdırılır.

Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) - 300 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) - 250 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) - 180 manata çatdırılır;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü - 350 manata çatdırılır;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)  Prezidentin aylıq təqaüdü - 250 manata çatdırılır;

Övladlığa götürülən hər uşağa görə aylıq müavinət  240 manata çatdırılır;

Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) - 140 manata çatdırılır;

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət - 140 manata çatdırılır;

Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət - 140 manata çatdırılır;

Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manata çatdırılır;

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manata çatdırılır;

    

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü - 120 manata çatdırılır;

   

Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

   

"Xalq" fəxri adına görə  -  300 manata,

   

"Əməkdar" fəxri adına görə - 200 manat çatdırılır; 

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata  çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.

Ümumilikdə, qeyd edilən növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Paylaş

Xəbər lenti

Sahibə Qafarova Qazaxıstana səfər edib Bu gün, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Bu gün, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Bu gün, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Bu gün, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Bu gün, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Bu gün, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Bu gün, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Bu gün, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Bu gün, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Bu gün, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Bu gün, 17:48 Onlar COP31-də çxış edəcəklər Bu gün, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Bu gün, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Bu gün, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Bu gün, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Bu gün, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Bu gün, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Bu gün, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Bu gün, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Bu gün, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Bu gün, 16:48 Əməkdar artist vəfat edən Xalq artistləri ilə fotosunu paylaşdı Bu gün, 16:48 İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi Bu gün, 16:48 Baku TV-nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi Bu gün, 16:48 Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb Bu gün, 16:48 Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ Bu gün, 16:48 "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48 Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır Bu gün, 14:48 Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR Bu gün, 14:48 Nazpəri Dostəliyeva malikanəsində Mirələmə ad günü keçirib, bahalı saat hədiyyə etdi Bu gün, 14:48 "İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin" Bu gün, 14:48 Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR