19-06-2025, 19:48 347

İsrail İranı vurur, SEPAH niyə Azərbaycanı ittiham edir?

İran hakimiyyətinin Azərbaycanı əsassız yerə ittiham etməsi yeni hadisə deyil, bunu dəfələrlə müşahidə etmişik.

Ələlxüsus İslam İnqilabi Keşikçiləri Korpusu (SEPAH) hər fürsətdə ya Azərbaycanı İsrail hərbi bazalarına ev sahibliyi etməkdə ittiham edib, ya mollaların dilindən mənasız hədyanlar səsləndirilib, ya da dizimizin dibində hərbi təlimlər keçirməklə paralel mövqeyimizin əleyhinə bəyanatlar verilib.

Həmin SEPAH indi də ölkəmizə qarşı sərsəm bəyanatla çıxış edib, Azərbaycanı İsrailə dəstək verməkdə günahlandırıb. Hətta İran sərhəd komandanlığı qonşu ölkələrdən İrana qarşı öz ərazilərindən gələn düşmənçilik hərəkətlərini dayandırmasını gözlədiklərini bəyan edib.

Düzdür, işin gülməli tərəfi odur ki, İran Azərbaycanı ittiham edirdi ki, ölkəmizdə İsrailin hərbi bazası var, amma Təl-Əvivin Tehrana hücumu zamanı məlum oldu ki, İsrail hərbi bazası Azərbaycanda yox, elə İranda olub. Hücum da ilk olaraq oradan həyata keçirilib. İndi sual yaranır ki, İranda hərbi baza quran İsrail, hücum edən İsrail, hədəf niyə Azərbaycan olsun?

AVESTA.AZ-in məlumatına görə, mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə bildirib ki, İran-İsrail münaqişəsi hələ başlamamışdan əvvəl də, təəssüflər olsun ki, İran tərəfi Azərbaycana qarşı xoşagəlməz fikirlər səsləndirib və hətta İsrailin guya hərbi bazalarının Azərbaycanda yerləşməsi ilə bağlı yalan məlumatlar, böhtan xarakterli informasiyalar tirajlanıb:

"Dəfələrlə bununla bağlı Azərbaycanın da mövqeyi olub və konkret olaraq İranda Azərbaycanı bu məsələlərdə ittiham edən tərəflərin əlində heç bir sübut, konkret faktlar olmayıb və ola da bilməz. Çünki belə bir məsələ reallıqda yoxdur və bu, yalnız Azərbaycana qarşı böhtan kampaniyasının tərkib hissəsidir".

"İndi də bu bir həftə ərzində məlum olur ki, əslində, İranın daxilində İsrailin xüsusi xidmət orqanlarına işləyən bir şəbəkə olub. Tehran da öz gözündəki tiri görməyib, başqasının gözündə çöp axtarır. Yəni öz problemlərini həll edə bilməyiblər və hər məsələdə Azərbaycanı ittiham etməyə çalışırlar. Təəssüf ki, bu yanaşma torpaqlarımız işğal altında olan müddətdə də, 44 günlük Vətən müharibəsi dövründə də, ondan sonrakı dönəmdə də gündəmə gəlib. İran Azərbaycana deyil, mühafizə etdiyi islam dininə düşmən kəsilən ermənilərə dəstək verib. Biz də bu məsələləri gündəmə gətirərək, qonşu dövlətlə münasibətlərin pozulmasına rəvac verə biləcək addımlardan çəkinməyə çağırmışıq, özümüz də əks bir addım atmamışıq.

Xüsusi olaraq qeyd eləmək istəyirəm ki, Azərbaycan bütün qonşuları ilə bizə hansı münasibətdə olmalarından asılı olmayaraq, bərabərhüquqlu dostluq və qonşuluq münasibətlərində olmağı üstün tutur. Biz bunu təkcə sözlə deyil, əməldə də dəfələrlə sübut etmişik. Eləcə də İran dövləti ilə. Xüsusilə də İranda bizim 40 milyon nəfərə yaxın soydaşımızın yaşadığını nəzərə alaraq, İrana yönəlik münasibətimiz bu kontekstdə olub - normal münasibətlərin formalaşmasında maraqlı olmuşuq və bu gün də maraqlıyıq", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, bu cür böhtan xarakterli informasiyalar iki ölkə arasında münasibətlərin pozulmasına yönəlib:

"Azərbaycan heç vaxt imkan verməyib ki, onun ərazisindən hansısa digər dövlətə qarşı mənfi addım üçün istifadə olunsun. Bu, açıq şəkildə də bəyan olunub. Heç bir halda Azərbaycana bu kimi məsələlərdə ləkə atmaq mümkün deyil".

Cənubi azərbaycanlı siyasi fəal, "GünAz" TV-nin rəhbəri Əhməd Obalı isə açıqlamasında İranın SEPAH-a yaxın mənbələrində yenə də Azərbaycana qarşı ittihamlar səslənməsini qınayıb:

"Bütün bunlar Azərbaycan düşmənçiliyinin davamıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisindən başqa bir ölkəyə hücum edilməsinə icazə verilmir. Bu, dövlətin rəsmi mövqeyidir. Üstəlik, Azərbaycandan başqa bir ölkəyə heç vaxt hücum da həyata keçirilməyib".

"Ancaq İsrail-İran müharibəsində bir şey bizə məlum oldu ki, Cənubi Azərbaycan ərazisində İran nə qədər raket, silah-sursat, izləmə radarları yerləşdirib. İsrail bu silahları vurduqca üzə çıxır hamısı. Bəs bu silah-sursat kimə qarşı olub? Hər halda İraqa, Rusiyaya, Ermənistana qarşı olmayıb. Arazın o tayında yerləşdirilən izləmə cihazları ilə kimi izləyiblər? Yəqin ki, İsraili izləməyiblər. Ona görə də bu ittihamları düşmənçiliyin daha bir nümayişi hesab edirəm", - fəal vurğulayıb.

Obalı əlavə edib ki, Azərbaycandan İrana qarşı təsdiqini tapmış heç bir neqativ əməli addım atılmayıb:

"Ona görə də bu ittihamlar səngiməsə, onların özlərinin əleyhinə çevrilə bilər. Bu baxımdan, İran da diqqətli olmalıdır. Çünki Azərbaycan əvvəlki Azərbaycan deyil, ondan ittiham yerinə xahiş etmək lazımdır".

Paylaş

Xəbər lenti

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR