
Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə report-a aktyorun bacısı, Əməkdar artist Dilarə Əliyeva bildirib.
Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:
"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.
Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.