
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubunda debütünü parlaq şəkildə gerçəkləşdirib.
27 yaşlı forvard Lüksemburqun "Saar" komandası ilə keçirilən yoxlama görüşündə start heyətində meydana çıxıb və 43-cü dəqiqədə komandasının beşinci qoluna imza atıb.
Oyun "Kayzerslautern"in 19:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qarşılaşma klubun 2025/26 mövsümünə hazırlıq planı çərçivəsində ilk matçı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.