
Yekaterinburqun Leninski Rayon Məhkəməsi OMON qüvvələri tərəfindən saxlanılan, əvvəlki illərdə qətl törətməkdə şübhəli bilinən daha bir azərbaycanlı - Şahin Lalayev barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçib.
AVESTA.AZ RBK-ya istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
"Məhkəmə müstəntiqin vəsatətinə baxaraq, Lalayev Şahin Məmmədalı oğlu barəsində 2025-ci il iyulun 19-u daxil olmaqla, barəsində həbs-qətimkan tədbiri seçilib", - məlumatda deyilir.
Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev həbs olunublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.