
Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Şahin Lalayev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.
AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda iş üzrə Gənciyev Əhliman Səttar oğlunun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.
Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq
***16:01
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi davam edir.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, işin dördüncü təqsirləndirilən şəxsi iyunun 26-da səhər saatlarında saxlanılan Lalaev Şahin Məmədəli oğlu olub.
O da 2000-ci illərdə törədilən bir sıra qətllərdə iştirakda ittiham olunur.
Hazırda məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.