2-07-2025, 17:48 316

Şuşada 6-cı ECO biznes forumu keçirilib

Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə altıncı İƏT biznes forumu keçirilib.

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən "İƏT Həftəsi" çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, İƏT-nin və digər beynəlxalq qurumların təmsilçiləri, İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın İƏT çərçivəsində davamlı iqtisadi əməkdaşlığa sadiqliyini, təşkilatın məqsədlərinə nail olmaqda ölkəmizin dəstəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın üzv ölkələrlə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin ilk beş ayında İƏT ölkələri ilə ticarət dövriyyəsi 3.5 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.

Azərbaycanın regionda strateji rolu, iqtisadi potensialı və regional inteqrasiya məqsədi ilə atılan addımlar haqqında məlumat verilib. Üzv ölkələrlə investisiya, enerji keçidi, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

İƏT-nin baş katibi Əsəd Məcid Xan qurumun 2026-2035-ci illəri əhatə edən yeni inkişaf sənədində əksini tapan məsələlərə özəl sektorun baxışı, eləcə də ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat, yaşıl və dairəvi iqtisadiyyat sahələrində işbirliyinin gücləndirilməsi potensialı barədə danışıb.

İƏT Ticarət və Sənaye Palatasının prezidenti Atif İkram Şeyx regional ticarətin inkişafı, investisiyaların təşviqi ilə bağlı tətbiq edilən mexanizmlərin səmərəliliyinin artırılmasına dair fikirlərini bölüşüb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin təşkilatçılığı ilə İƏT ölkələri ilə həyata keçirilən ikitərəfli forumlar, investisiya layihələri barədə məlumat verərək forumun dövlət-özəl tərəfdaşlığını daha da intensivləşdirəcəyini bildirib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizin İƏT üzvü olan dövlətlərlə ortaq biznes perspektivləri barədə məlumat veriblər.

Forumda İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının nümayəndələri transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Regional dəyər zəncirlərinin inkişafı, nəqliyyat-logistika sistemlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platformaların yaradılması kimi məsələlərə toxunulub. Qeyd edilib ki, özəl sektorun regional strategiyaların formalaşdırılmasında daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının institusional əsaslarla gücləndirilməsi önəm kəsb edir.

Forum "biznes-dövlət" (B2G) və "biznes-biznes" (B2B) formatında görüşlərlə davam edib. Tədbir çərçivəsində sahibkarların Ağdam Sənaye Parkına səfəri təşkil olunub.

*** 11:13

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və ECO Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı ECO biznes forumu keçirilir.

BAKU.WS xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən "İƏT Həftəsi" çərçivəsində baş tutur.

Forumun keçirilməsində məqsəd ECO regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində "biznes-dövlət" (B2G), "biznes-biznes" (B2B) formatlarında görüşlər təşkil ediləcək.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR