
Bakıda 29 yaşlı kişi qətlə yetirilib.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Aslan Nuri yaşadığı evdə qətlə yetirilib.
Aslan Nurinin qardaşı Amin Nuri şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.