12-07-2025, 22:48 297

Hacıbəy Heydərli:

Bəllidir ki, uzun illərdir Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv rolunu yerinə yetirə bilmir.

Dövlətin sərt nəzarəti, senzura, həbslər və informasiya məhdudiyyətləri müstəqil medianı tamamilə sıradan çıxarıb. Bu baxımdan da Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan, jurnalistikadan, obyektivlikdən və söz azadlığından danışmağa mənəvi haqqı yoxdur.

AVESTA.AZ xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna münasibət bildirərkən deyib:

"Rusiya Jurnalistlər İttifaqı (RJİ) "Sputnik Azərbaycan"ın saxlanılmış əməkdaşlarını "jurnalist" statusu ilə müdafiə etməyə cəhd göstərməklə həm peşə etikasını pozur, həm də özünün uzun illər ərzində nümayiş etdirdiyi qeyri-obyektiv və siyasi yönümlü mövqeyini bir daha təsdiqləmiş olur. Beynəlxalq təşkilatlar bilməlidir ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar".

Hacıbəy Heydərli qeyd edib ki, onlar jurnalist fəaliyyətinə görə həbs edilməyiblər:

"Bu, onların adi jurnalist kimi deyil, siyasi və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmalarını ortaya qoyur.

Belə hallarda həmin şəxslərin saxlanılması hüquqi baxımdan tam əsaslandırılmış və mövcud qanunvericiliyə uyğun addımdır. Beynəlxalq standartlara görə də, əgər hər hansı şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqəsi sübuta yetirilərsə, bu, onun ölkənin milli təhlükəsizliyinə təhlükə törətməsi kimi qiymətləndirilir və müvafiq tədbirlər görülür".

MŞ İdarə Heyətinin üzvü Rusiya Jurnalistlər İttifaqının Rusiyada jurnalist təqiblərinə sakit qaldığını bildirib:

"Hazırda Rusiyada ən təhlükəli peşələrdən biri, bəlkə də birincisi jurnalistikadır. Son illərdə bu ölkədə xeyli jurnalist ya qətlə yetirilib, ya həbs edilib, ya da sürgünə göndərilib. Dünyada Rusiya qədər jurnalistlərə basqı edən, təqibə məruz qoyan barmaqla sayılacaq qədər az ölkə var.

Rusiya Jurnalistlər İttifaqı isə bütün bu neqativ olaylara, jurnalistikanın boğulmasına, tanınmış jurnalistlərin qətllərinə səssiz qalıb və prinsipial mövqeyi nümayiş etdirməyib. Onun fəaliyyəti formal, ehtiyatlı və çox zaman rejimlə uzlaşan bir xarakter daşıyıb. Bu səbəbdən Rusiya daxilində və xaricində yaşayan müstəqil jurnalistlər, beynəlxalq təşkilatlar Rusiya Jurnalistlər İttifaqını etibarlı müdafiə platforması və etibarlı jurnalist təşkilatı kimi görmürlər. RJİ sadəcə hakimiyyətin dediyini edən təbliğatçı bir qurumdur".

Paylaş

Xəbər lenti

Gəncədə müğənni qəzaya düşdü Bu gün, 00:48 İçərişəhərin iqtisadi potensialı və bərpası - Rəqəmsallaşma və "ağıllı qoruq" modeli Bu gün, 00:48 Hövsanda abadlıq işləri niyə yarımçıq saxlanılıb? Dünən, 23:48 Rüfət kanalları tənqid etdi: "Meyxanaçı kimdən səviyyəsizdir?" Dünən, 23:48 Ordubadın 11 kəndinə qazın verilişi dayandırılıb Dünən, 23:48 "Al Arabiyya": İrana 300 milyard dollar investisiyanın ayrılması nəzərdə tutulub Dünən, 23:48 Sabah Bakıda bu ərazilərdə qaz kəsiləcək Dünən, 22:48 Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı Dünən, 22:48 Dövlətdən subsidiya almaq istəyənlərə ŞAD XƏBƏR Dünən, 22:48 Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq? Dünən, 22:48 Məcnun Məmmədov: "Azad olunmuş ərazilərdə fermerlərə torpaq verilməsi sürətlənir" Dünən, 22:48 "Əvvəl uşaqları göndərirdilər, indi isə..." - Yay düşərgələri niyə bağlanıb? Dünən, 21:48 Qonşusunun evini oğrudan qorumaq istəyən şəxsin qətli 11 il sonra açıldı Dünən, 21:48 Gecə evdən çıxmağa qorxurlar: Qaraçuxurda əhali vahimə içindədir Dünən, 21:48 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı Dünən, 21:48 Məşhur aktyorların serialı gözlənilmədən dayandırıldı Dünən, 21:48 Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib Dünən, 21:48 Küçələrə icazəsiz tramplin quraşdıranları hansı cərimələr gözləyir? Dünən, 20:48 Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var Dünən, 20:48 "Zirə"nin Konfrans Liqasındakı rəqibi Gürcüstan klubu oldu Dünən, 20:48 "Qarabağ" daha bir legioner TRANSFER ETDİ Dünən, 20:48 Bakıda 2,8 milyard dollarlıq mühüm qərar qəbul edildi Dünən, 20:48 Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Hərbi xidmətdə xəsarət alan iki uşaq atası: "Valideynləri həyat yoldaşımı apardılar" Dünən, 19:48 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib Dünən, 19:48 Azərbaycan hərbçiləri "Qafqaz Qartalı - 2026" təlimində iştirak edirlər Dünən, 19:48 Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Dünən, 19:48 Azərbaycan Əlcəzair ilə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib Dünən, 19:48 SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb Dünən, 19:48 "Qarabağ" Avropa Liqasının I təsnifat mərhələsində İslandiya klubu ilə üz-üzə gələcək Dünən, 19:48 Azərbaycanda vəzifəli şəxs CƏRİMƏLƏNDİ Dünən, 19:48 Seda Sayan: "Gülben çox xəsisdir, mənə nə almısan axı?!" Dünən, 18:48 Məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin DETALLARI Dünən, 18:48 Azərbaycanın QHT rəhbərləri ABŞ Nümayəndələr Palatasına məktub göndəriblər Dünən, 18:48 "Sabah"ın UEFA ÇL-nin I təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi Dünən, 18:48 Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb Dünən, 18:48 Bakıda bu marşrut üzrə bütün avtobuslar sabahdan yenilənəcək Dünən, 18:48 Azərbaycan əhalisi ən çox bu məhsullara pul xərcləyir Dünən, 17:48 İranda ABŞ ilə razılaşmanın əleyhinə çıxanlar kimlərdir? Dünən, 17:48 Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - DETALLAR Dünən, 17:48 ABŞ-İran memorandumundan sonra Yaxın Şərqdə güc balansı necə dəyişəcək? Dünən, 17:48 Mehmet Ali Erbilin 48 yaş kiçik sevgilisi onu məhkəməyə verir: "Babam yaşındadır!" Dünən, 17:48 49 yaşlı aktyor təcili əməliyyat olundu - Ürəyinə stent qoyuldu Dünən, 17:48 "Media haqqında" Qanuna təklif olunan dəyişikliklər medianın inkişafına təkan verəcək - RƏY Dünən, 17:48 "Beniz" in məhkəməsinə şahid məcburi gətizdiriləcək Dünən, 17:48 Şəhid övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb Dünən, 16:48 Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb Dünən, 16:48 Kevin Medina "Qarabağ"la vidalaşdı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR