
Rusiyanın Nijni Novqorod şəhərində yerləşən hava limanının Polis İdarəsinin rəisi, azərbaycanəsilli Namiq Musayev qanunsuz miqrasiya ilə bağlı ciddi ittihamlarla həbs olunub.
Yerlı medianın məlumatına görə, polkovnik-leytenant Musayevin pul qarşılığında miqrantların ölkəyə qeyri-qanuni yollarla daxil olmasına şərait yaratdığı və bu məqsədlə onlarla polis əməkdaşını işə cəlb etdiyi iddia olunur.
Onun barəsində sərhəd rejimini pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Məhkəmə tərəfindən Musayev haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.