14-07-2025, 00:48 344

Polad Həşimovun şəhid olmasının ildönümüdür

Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun şəhid olmasının ildönümüdür.

O, iyulun 14-ü Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Qeyd edək ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Qəhrəmanımız burada 28 nömrəli, sonra isə 34 nömrəli məktəblərdə təhsil alıb.

1992-ci ilin dekabrında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsinə qatılıb. Həmçinin 1993-cü ildə baş verən dövlət çevrilişi cəhdin qarşısının alınmasında iştirak edib. Polad Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib.

Vətəninə layiqli xidmətə görə Polad Həşimov "Hərbi xidmətlərə görə", "Vətən uğrunda" medalları ilə, "Vətənə xidmətə görə" III dərəcəli orden ilə, 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə "Vətənə xidmətə görə" II dərəcəli orden ilə mükafatlandırılıb. Bundan əlavə, "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub.

Həşimov 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub. Ağır döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri "Polad postu" adlanır.

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra o, 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci il iyulun 12-si Tovuz rayonu istiqamətində düşmən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub. 14 iyul tarixində döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar.

Onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyul tarixində isə II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

General-mayora ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrə Polad Həşimovun adı verilib. Bundan əlavə, paytaxtımızda və Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adını daşıyan parklar salınıb.

Hörmətlə anırıq.

Paylaş

Xəbər lenti

Salyanda sağlamlıq mərkəzinin rəhbərinin meyiti tapıldı, şübhəli şəxs saxlanıldı Bu gün, 00:49 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb Bu gün, 00:48 AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək Bu gün, 00:48 Tovuz döyüşlərindən 6 il ötür Bu gün, 00:48 Moskvada iki nəfəri ildırım vurdu Dünən, 23:48 Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı Dünən, 23:48 Mir Şahin Ağayev və Radik İsmayılov "Media Masası"nda Dünən, 23:48 İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib Dünən, 23:48 İraq, ABŞ və Suriya Hörmüzdən yan keçməklə Kərkükdən neft kəmərini yenidən işə salmağı planlaşdırırlar Dünən, 23:48 DÇ-2026: Norveç - İngiltərə matçı təxirə salına bilər Dünən, 23:48 Nigeriyada iki ay əvvəl oğurlanan şagird və müəllimlər azad edildilər Dünən, 22:48 İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb Dünən, 22:48 Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb Dünən, 22:48 Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub Dünən, 21:48 "Bavi" tayfunu Çinin şərq sahillərinə çatıb Dünən, 21:48 Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi Dünən, 21:48 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi Dünən, 21:48 Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır Dünən, 21:48 Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib Dünən, 20:48 Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər Dünən, 20:48 Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı Dünən, 20:48 İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb Dünən, 20:48 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib Dünən, 20:48 Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib Dünən, 20:48 Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır Dünən, 20:48 İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır Dünən, 20:48 Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir Dünən, 20:48 Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir Dünən, 20:48 Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ Dünən, 18:48 Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib Dünən, 18:48 İlham Əliyevin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb Dünən, 18:48 Slovakiya Prezidenti iyulun 13-də Azərbaycana səfər edəcək Dünən, 18:48 Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü? Dünən, 18:48 "Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib Dünən, 18:48 Ukrayna dronları bir gecədə Azov dənizində 28 Rusiya gəmisini vurdu Dünən, 18:48 Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb Dünən, 17:48 Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü oktyabrın 3-də başlayacaq Dünən, 17:48 Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb Dünən, 17:48 Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub Dünən, 17:48 Əvəzedicilər Liqasının 2026/2027 mövsümünə avqustun 21-də start veriləcək Dünən, 17:48 Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA Dünən, 17:48 AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib Dünən, 16:48 AAYDA rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib Dünən, 16:48 Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub Dünən, 16:48 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq Dünən, 16:48 Moskvada keçirilən peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb Dünən, 16:48 Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR