15-07-2025, 14:48 299

Azərbaycanda 40 dərəcədə avtomobillər niyə yanır? - SƏBƏBLƏR

Bu günlər Azərbaycanda müşahidə edilən 40 dərəcəyə çatan yüksək temperatur paytaxt sakinlərinin gündəlik həyatına bir sıra çətinliklər gətirməklə yanaşı, avtomobil sahibləri üçün də ciddi təhlükələr yaradıb.

AVESTA.AZ-in məlumatına görə, paytaxtın bir neçə istiqamətdə – sonuncu dəfə isə Zabratda avtomobillərdə yanğın halları qeydə alınıb.

Bu cür halların intensivləşməsi ciddi narahatlıq doğurur. Bəs, bu yanğınların səbəbləri nədir və sürücülər necə önləyici tədbirlər görə bilərlər?

Beynəlxalq ekspertlər hesab edir ki, havanın ekstremal dərəcədə isti olması mühərrikin həddindən artıq qızmasına səbəb olur. Əgər soyutma sistemi zəifdirsə və ya antifriz səviyyəsi aşağıdırsa, bu, mühərrikdə alışma və nəticə etibarı ilə yanğınla nəticələnə bilər.

Qızmar hava naqillərin daha tez isinməsinə və köhnə, izolyasiyası zəif naqillərdə qısaqapanma baş verməsinə şərait yaradır. Bu da alışma riskini artırır.

Eyni zamanda isti hava şəraitində benzin və dizelin buxarlanması sürətlənir. Əgər yanacaq sistemində hər hansı sızma varsa, bu, çox tez alovlana bilər. Xüsusilə, benzin buxarının mühərrik və akkumulyator yaxınlığında toplanması yanğın üçün real təhlükədir.

Ekspertlər qeyd edir ki, yüksək temperaturda uzun məsafəli və ya dağlıq ərazilərdə gedən sürücülərin əyləcləri və təkərləri daha tez qızır. Bu da təkərin partlaması və ya yanma riski ilə nəticələnə bilər.

Sürücülər üçün təhlükəsizlik tövsiyələri

Mütəmadi texniki baxış keçirin

Xüsusilə yay aylarında avtomobilinizin soyutma sistemi, elektrik naqilləri, yanacaq xətləri və əyləc sistemi yoxlanmalıdır.

Yanğınsöndürən vasitə daşıyın

Hər bir avtomobildə işlək vəziyyətdə olan yanğınsöndürən balon olmalıdır. Bu, ilkin mərhələdə yanğının qarşısını almağa kömək edə bilər.

Aşırı yüklənmədən çəkinin

Avtomobilin daşıya biləcəyindən artıq yük istər mühərrikə, istərsə də təkərlərə əlavə gərginlik yaradır. Bu da qızmaya səbəb ola bilər.

Avtomobili birbaşa günəş altında saxlamayın

İmkan daxilində avtomobilinizi kölgəli yerlərdə saxlayın və ya üzərini örtün. Salon daxilindəki temperaturun kəskin artması bəzi hissələrin deformasiya olmasına və qısaqapanmaya səbəb ola bilər.

Qoxulara və siqnallara biganə qalmayın

Avtomobildə qeyri-adi yanıq qoxusu, tüstü və ya hər hansı xəbərdarlıq işığı görsəniz, dərhal avtomobili dayandırın və təhlükəsizlik tədbirləri görün.

Qeyd edək ki, havanın bu qədər isti olduğu bir dövrdə sürücülərin məsuliyyəti ikiqat artır. Yanğın riski ilə qarşılaşmamaq üçün avtomobilin texniki vəziyyətini daim nəzarətdə saxlamaq, diqqətli və ehtiyatlı olmaq vacibdir. Unutmayaq ki, cüzi bir laqeydlik böyük faciəyə çevrilə bilər.

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR