19-07-2025, 15:48 274

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - RƏSMİ AÇIQLAMA

"Şıxov"da yenicə qurduğum çimərlik ərazisini heç bir əsas göstərilmədən darmadağın etdilər". 

BAKU.WS xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya Vətən Müharibəsi qazisi Röyal Məmmədov müraciət edib. 

Üçüncü qrup əlilliyi olan R.Məmmədov bildirib ki, iş yeri söküldüyü üçün ziyana düşüb: "Qazi olduğumu, müharibədə iştirak etdiyimi heç zaman bildirməmişəm. Ancaq indi deyirəm ki, qazinin xırda biznesini dağıdırlar. Mən səhhətimlə bağlı ağır işdə çalışa bilmərəm. Bunun üçün qərara gəldim ki, kiçik biznes qurum. Vəsaitin yarısını kredit götürdüm, yarısını isə dövlətdən aldığım müavinəti uzun müddət yığmaqla ödədim. Ümumilikdə 50 min manat xərc çəkdiyim bu işi indi Səbail İcra Hakimiyyəti heç bir səbəb göstərmədən dağıdır". 

Müharibə iştirakçısının sözlərinə görə, çimərlik işi üçün Rahib adlı şəxsdən ərazi icarəyə götürüb: "Bu işi qurmamışdan əvvəl icazə prosesini maraqlandım. Həmin ərazidə "Qağayı" çimərliyinin sahibi bildirdi ki, bu yerlər ona aiddir. İcarəhaqqını verməklə burada işləyə biləcəyimi dedi. Yəni lazımi bütün icazələr onun tərəfindən alınmışdı. Həmin şəxslə müqavilə imzaladıq. Bundan sonra mən ərazidə tikinti işlərinə başladım. Bu müddətdə heç kəs müdaxilə etmədi.

VÖEN və digər bütün sənədlərim yerində olduğu üçün Rahib də mənə problem yaşanmayacağını bildirdi. Lakin iş başlayandan 3 gün sonra bu halla rastlaşdıq. Mənim çimərliyimlə birgə "Qağayı" da söküldü. Lakin dedikləri bir söz oldu ki, müqavilə imzaladığım şəxsin çimərliyində antisanitar vəziyyət aşkarlanıb. Ancaq bu mənim əmlakımın dağıdılmasına əsas vermir. Qurumun bununla bağlı heç bir sənədi yox idi".

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Salyan 32 ünvanında "Şıx çimərliyi" adlanan ərazidə araşdırılma aparılıb: "Sakinlər və turistlər tərəfindən edilmiş çoxsaylı şikayətləri nəzərə alaraq aparılan araşdırmalarda ərazidə gündəlik qanunsuz çimərlik fəaliyyətinin olması aşkar olunub. Qeyd olunan çimərlik sahəsi natəmizlik, antisanitar vəziyyət və böyük həcmdə məişət tullantılarının yığıldığı əraziyə çevrilib. Sözügedən ərazinin qanunsuz fəaliyyəti barədə müvafiq qurumlara tərəfimizdən müraciətlər də ünvanlanıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, çimərlik sahəsində yığılan məişət tullantıları ərazidən təmizlənib və kustar üsulla hazırlanmış primitiv qanunsuz konstruksiyalar yığışdırılaraq ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Həmçinin onu da qeyd edirik ki, yaxın sahədə İDEA tərəfindən yaradılmış müasir tələblərə cavab verən ictimai çimərlik fəaliyyət göstərir, sakinlərimizi və turistlərimizi yay çimərlik mövsümündə istirahətlərini orada keçirməyə dəvət edirik".

Qeyd edək ki, Məmmədov Röyal İsgəndər oğlu "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şücaətə görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Paylaş

Xəbər lenti

Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Dünən, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Dünən, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR