
Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğın baş verib.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, hadisə səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.
"Polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün tədbirlər görülür".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.