21-07-2025, 22:48 511

III Şuşa Qlobal Media Forumu işini yekunlaşdırıb

İyulun 21-də "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işini başa çatdırıb.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, "TRT World"un aparıcısı Mariam Zaidinin moderatorluğu ilə keçirilən Forumun sonuncu paneli "Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində" mövzusuna həsr olunub.

"TikTok"un Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustan regionları üzrə ictimai siyasət və dövlət məsələləri şöbəsinin direktoru Sergey Sokolov bu şəbəkənin ənənəvi sosial media platformalarından tamamilə fərqləndiyini bildirib. "Ənənəvi mediada və sosial platformalarda məzmun daha çox redaksiya xətti ilə yönləndirilir, yəni, istifadəçiyə nəyi görməli olduğu göstərilir. "TikTok" isə əksinə, istifadəçilərin görmək istədikləri məzmun əsasında formalaşır", - deyə o əlavə edib. Qeyd edib ki, "TikTok"un alqoritmi fərqli işləyir. Burada istifadəçinin izləyici sayının çox olması vacib deyil, insanlar sıfır izləyici ilə belə milyonlarla baxış qazana bilərlər.

"Bu, yeni dövrün media anlayışını dəyişir. Artıq istifadəçi təkcə izləyici deyil, həm də aktiv iştirakçıdır, məzmun yaradan və paylaşandır. Müasir sahibkarlar, kiçik bizneslər və startaplar öz alıcılarını tapmaq üçün mediaya, xüsusilə "TikTok" kimi dinamik platformalara üz tuturlar. Ancaq "TikTok"un uğurlu istifadəsi üçün onun alqoritmik tələblərini və məzmun dinamikasını anlamaq vacibdir. Yəni, bu, sadəcə, video paylaşmaq deyil, doğru zamanda, doğru formatda və doğru auditoriyaya uyğun məzmun təqdim etmək deməkdir", - deyə "TikTok" platformasının nümayəndəsi bildirib.

"Google" və "YouTube" üzrə ekspert, "BlitzMetrics" şirkətinin baş icraçı direktoru Dennis Yu hazırda informasiya dövrünün ən böyük çağırışlarından biri həqiqi və obyektiv məlumat mənbəyi axtarışının olduğunu qeyd edib. "Təəssüf ki, bugünkü rəqəmsal dünyada yayılan məlumatların böyük hissəsinin dəqiq, yoxlanılmış və qərəzsiz olub-olmadığını müəyyənləşdirmək hər keçən gün daha da çətinləşir", - deyə icraçı direktor bildirib. Dennis Yu qeyd edib ki, süni intellekt bu prosesdə həm fürsət, həm də risk yaradır. O, bir növ elektrik enerjisi kimidir. Düzgün istifadə olunarsa, işimizi asanlaşdırır, həyatımıza dəyər qatır. Ancaq nəzarətsiz və məsuliyyətsiz yanaşılarsa, ciddi fəsadlara yol aça bilər.

"Bu gün biz süni intellektin istənilən formada, istənilən məzmunu yaratmaq qabiliyyətinə sahib olduğunu görürük. Bu, texnoloji inqilabdır, lakin onunla yanaşı, etik və təhlükəsizlik məsələləri də artır. Məşhur Hollivud filmlərində tez-tez təsvir olunan o süni intellektin dünyanı ələ keçirməsi ssenariləri artıq yalnız fantaziya deyil. Bu, reallığa çevrilə biləcək bir ehtimal kimi dəyərləndirilir",-deyə ekspert bildirib. Onun sözlərinə görə, süni intellekti düzgün tənzimləməklə, onun imkanlarından faydalı şəkildə istifadə etməklə potensial təhlükələrin qarşısını almaq mümkündür.

"LinkedIn"ın ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancy deyib: "LinkedIn" biznes, peşəkarlar üçün yaradılmış bir platformadır. Bizim şəbəkədə bir dəqiqədə 5 milyon əməliyyat icra olunur.

İqtisadi imkanlar yaratmaq üçün şirkət tərəfindən sərmayə qoyulduğunu deyən Seamus Clancy onların yaratdıqları kontentin yeni səriştələrlə bağlı olduğunu bildirib.

İnformasiyanın sosial media vasitəsilə paylaşıldığını, "LinkedIn"ın isə fərqli bir şəbəkə olduğunu bildirən natiq platformanın əlaqələr qurmağa və şəbəkələşməyə kömək etdiyini vurğulayaraq qeyd edib: "Biz platformada fərqli məzmun yerləşdiririk. Çalışırıq ki, kontent istifadəçilərə maraqlı olsun".

Seamus Clancy həmçinin diqqətə çatdırıb ki, süni zəka ilə bağlı çoxlu qeydlər aparır.

Avstraliyanın "Sunshine Coast" universitetinin media təlimçisi və tədqiqatçısı Karen Sutherland "TikTok" sosial şəbəkəsindən istifadə zamanı bəzilərinin etik şəkildə davrandığını, bəzilərinin isə qalmaqallı kontent paylaşdığını bildirib: "Auditoriyanı cəlb etmək üçün müxtəlif alətlərdən istifadə edirlər".

Məzmunu yaratmaq üçün bir çoxlarının süni zəkadan istifadə etdiyini diqqətə çatdıran tədqiqatçı onun təkamülünü nəzərə almağının önəmini vurğulayaraq bildirib: "Süni zəkadan düzgün istifadə etməliyik, çünki o, şəxsi məlumatların yayılmasına təhdiddir".

Qeyd edək, 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldıqları Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Paylaş

Xəbər lenti

Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir Bu gün, 20:48 DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir Bu gün, 20:48 Şuşa - media dialoqunun paytaxtı Bu gün, 20:48 Adil Kərimlinin Şuşada keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb Bu gün, 20:48 ABŞ-nin İrandakı hərbi əməliyyatının xərcləri 100 milyard dollara çata bilər Bu gün, 20:48 Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb Bu gün, 20:48 Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub Bu gün, 19:48 Rafiq Hüseynov: "Komandamız optimal hazırlıq səviyyəsindədir" Bu gün, 19:48 Cənubi Koreya prezidenti yeganə mənzilini satır Bu gün, 19:48 Ülvi Mehdiyevin Baku TV-yə müsahibəsi yayımlanacaq: Nələr müzakirə ediləcək? Bu gün, 19:48 ABŞ-nin sabiq lideri Co Bayden prezidentlik dövründən kitab yazıb Bu gün, 19:48 Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Hadisənin ilkin səbəbi bəlli oldu Bu gün, 19:48 CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb Bu gün, 19:48 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB Bu gün, 18:48 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar? Bu gün, 18:48 Pirşağıda infrastruktur problemi: Nə işıqlandırma var, nə də normal yol - Bu gün, 18:48 Slovakiya Prezidenti "Sea Breeze"lə tanış olub Bu gün, 18:48 Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi üçün danışıqlar aparılır Bu gün, 18:48 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb Bu gün, 18:48 Nazir idarə rəisini təqaüdə göndərdi Bu gün, 18:48 "Azercell Cup – 2026" proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı Bu gün, 17:48 Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir Bu gün, 17:48 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı Bu gün, 17:48 Dayılardan bacılarının qızını sevən yeniyetməyə AMANSIZ DAVRANIŞ Bu gün, 17:48 İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb Bu gün, 17:48 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Bu gün, 17:48 Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək Bu gün, 17:48 Azərbaycan və Malayziya arasında vizasız rejim tətbiq oluna bilər Bu gün, 17:48 Ülvi Mehdiyev "Baku TV"nin suallarını cavablandırıb Bu gün, 17:48 "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub Bu gün, 17:48 Şuşa Forumunda prezidentin verdiyi mesajların geosiyasi əhəmiyyəti nədir? - MÜZAKİRƏ Bu gün, 17:48 Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü Bu gün, 17:48 Su fasilələri ən çox Argentinaya fayda verib Bu gün, 17:48 İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ Bu gün, 16:48 Atropatena dövrünə aid "Seyidin yeri" adlı yaşayış məskəni aşkarlanıb Bu gün, 16:48 ABŞ-də yay rejiminin dəyişilməsi LƏĞV EDİLDİ Bu gün, 16:48 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? Bu gün, 16:48 Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib Bu gün, 16:48 Azərbaycan I yarımildə 10 milyon tondan çox neft ixrac edib Bu gün, 16:48 Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb Bu gün, 16:48 Deniz Baykalın həyat yoldaşı Olcay Baykal vəfat edib Bu gün, 16:48 Prokurorluq uşaq hüquqlarının müdafiəsi üzrə dövlət nəzarəti qurumları siyahısına daxil edilib Bu gün, 16:48 Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Bu gün, 16:48 Azərbaycanda ilk elektron diplom peşə təhsili alan vətəndaşa təqdim olunub Bu gün, 16:48 Bakıda külək ağacı maşının üzərinə aşırdı Bu gün, 15:49 Şuşadan verilən mesajlar Bakı-Bratislava əməkdaşlığını yeni mərhələyə yüksəltdi - RƏY Bu gün, 15:49 Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub Bu gün, 15:49 Azərbaycanda 1 vəkil kollegiyadan xaric olunub, 4-ü cərimələnib Bu gün, 15:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR