
Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.