2-08-2025, 09:48 403

2 avqust Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan kinosu yaranmasının 127-ci ildönümüdür.

1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı "Bibiheybətdə neft fontanı yanğını","Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir.

Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır."Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.

18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.

Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar.

1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib."Azərbaycanfilm"də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub.

Onların bir hissəsi, o cümlədən "Arşın mal alan", "Şərikli çörək", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Yaramaz" və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin", "Ovsunçu", "Buta", "Çölçü", "Nabat", "Axınla aşağı" və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

Azərbaycan kinosu böyük tarixə malikdir.

Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib.

Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir.

2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR