4-08-2025, 13:48 585

FHN Xaçmazda təlim keçirib

28-31 iyul 2025-ci tarixlərində Xaçmaz şəhərində taktiki xüsusi təlim keçirilib.

Bu barədə AVESTA.AZ-ə FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılğı ilə reallaşdırılan təlimə hazırlıq tədbirlərində və təlimin keçirilməsində Nazirliyin Şimal Regional Mərkəzinin, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həmin regionda fəaliyyət göstərən bölmələrinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Təlimə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) üzvləri, Şimal Regional Mərkəzinin və Nazirliyin qurumlarının həmin regionda fəaliyyət göstərən struktur bölmələri, həmçinin "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB)"nin qüvvələri cəlb olunub.

4 günlük təlimin ilk günündə Nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin komandiri polkovnik Ələsgər Əliyev BAXD-ın fəaliyyəti barədə məlumat verərək bildirib ki, dövlətimizin diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumları təkcə ölkə daxilində fəlakətlərin nəticələrinin aradan qaldırılması deyil, həm də fəlakətdən zərər çəkmiş digər ölkələrə yardım göstərmək imkanlarına malikdir. Onun sözlərinə görə, respublikamızda və xarici ölkələrdə keçirilən bir sıra təlim və kurslarda yaxından iştirak edən Beynəlxalq dəstənin üzvləri qazandıqları bilik və təcrübə nəticəsində humanitar əməliyyatlarda öz vəzifələrini uğurla yerinə yetirirlər.

Təlimin nəzəri hissəsində Dəstənin əməkdaşları tərəfindən "Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)" təlimatları əsasında idarəetmə, koordinasiya, logistika və axtarış-xilasetmə sahəsində standartlar və tərtib olunan sənədlər, "Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzinin (VOSOCC)", "İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin (İCMS)" imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlarda medianın rolu mövzularında təqdimatlar dinlənilib. Təlim iştirakçıları zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş "Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC)" və "Qəbuletmə-yolasalma Məntəqəsinin (RDC)" iş prinsipləri, həmçinin humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın həyata keçirilməsində istifadə olunan müasir peyk rabitə vasitələrinin imkanları ilə nəzəri və praktiki şəkildə yaxından tanış olublar.

Təlimin praktiki hissəsində Şimal Regional Mərkəzinin və Nazirliyin xilasetmə qurumlarının həmin regionda fəaliyyət göstərən struktur bölmələri şərti olaraq şimal regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına cəlb olunub. Bu məqsəd ilə qüvvələr hazırlıq vəziyyətinə gətirilib, təyin olunmuş əraziyə yürüş həyata keçirilib, "Əməliyyatlar bazası (BoO)" qurulub, bölmələrin yerləşməsi üzrə tədbirlər reallaşdırılıb. Pilotsuz uçuş aparatının, akustik axtarış cihazının, termal kamera və digər xüsusi vasitələrin tətbiqi ilə ərazidə yaranmış vəziyyət qiymətləndirilib, əsas fəaliyyət istiqamətləri müəyyən olunub. Eyni zamanda xilasedicilərin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb, o cümlədən, dağılmaq təhlükəsi olan tikililərin "dayaqvermə" üsulu ilə möhkəmləndirilməsindən sonra, müasir avadanlıqlar tətbiq olunmaqla dağıntılar altından və hündürlükdən xilasetmə tədbirləri həyata keçirilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Yekunda nəzəri və praktik təlimin gedişatı təlimə cəlb olunan şəxsi heyətlə geniş müzakirə olunub.

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR