4-08-2025, 17:48 1224

5-ci

Bu il keçirilən 5-ci "Yüksəliş" müsabiqəsində qalib adını qazanan 20 nəfərdən üçü "Kapital Bank"ın əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək göstəricidir. Məhz bu münasibətlə Azərbaycanın ən böyük maliyyə qurumu olan "Kapital Bank"da xüsusi görüş baş tutub. Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Fərid Hüseynov, eləcə də İdarə Heyətinin üzvü, İnsan kapitalı və təşkilati inkişaf üzrə baş inzibatçısı Fərqanə Məmmədova müsabiqənin qalibi olan əməkdaşlarla bir araya gələrək onları şəxsi nailiyyətləri münasibətilə təbrik ediblər.

Görüş zamanı rəhbərlik qaliblərin uğur yolunu dinləyib, onların peşəkar inkişaf prosesində göstərdikləri əzmkarlığı və liderlik keyfiyyətlərini yüksək qiymətləndirib. Səmimi müzakirələr əsnasında iştirakçılar həm müsabiqənin çətinlikləri, həm də bu nəticənin bank daxilində digər əməkdaşlar üçün də motivasiya və örnək təsiri yaratdığı barədə fikirlərini bölüşüblər.

"Kapital Bank"ın baş icraçı direktoru Fərid Hüseynov görüş zamanı bildirib ki, bu nəticə bankın insan kapitalına verdiyi dəyərin və sistemli yanaşmasının göstəricisidir:

"Yüksəliş yalnız fərdi nailiyyət deyil, bu həm də təşkilati uğurdur. Biz "Kapital Bank"da sabahın liderlərini müəyyən edir, onlara şəxsi inkişaflarında şərait yaradırıq. Bu müsabiqədə də üç qalibimizin olması təsadüfi deyil. Bu, illərlə formalaşan dəyərlər sistemimizin və inkişaf mədəniyyətimizin nəticəsidir".

İnsan kapitalı və təşkilati inkişaf üzrə baş inzibatçı Fərqanə Məmmədova isə müsabiqənin nəticələrini bank üçün strateji əhəmiyyətli bir göstərici kimi qiymətləndirib:

"Bizim əsas dəyərimiz insandır. Hər bir əməkdaşımızın fərdi inkişafı, liderlik bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi bankımızın uzunmüddətli uğur strategiyasının tərkib hissəsidir. "Yüksəliş" kimi platformalarda qalib olmaq bu istiqamətdə atılan addımların doğruluğunu bir daha təsdiq edir".

Qeyd edək ki, builki "Yüksəliş" müsabiqəsinin qalibləri arasında "Kapital Bank"ın Satış kanalları departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa satış və xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə risk texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov yer alıblar. Onların hər biri bank daxilində inkişaf yolu keçmiş, müxtəlif struktur vəzifələrdə uğurlu fəaliyyətləri ilə seçilmiş əməkdaşlardır.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçi kadrların aşkarlanması, inkişaf etdirilməsi və dövlət idarəçiliyi də daxil olmaqla müxtəlif sahələrdə liderlik potensiallarının gücləndirilməsidir. Beş mərhələdən ibarət olan müsabiqə iştirakçıların strateji düşüncə, liderlik, qərarvermə və etika kimi bacarıqlarını qiymətləndirən beynəlxalq model əsasında həyata keçirilir.

Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, "196" sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, "Birbank" kartının sifarişi üçün - https://kbl.az/prcrc.

Paylaş

Xəbər lenti

Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR