5-08-2025, 11:48 916

Xankəndidə

"Xankəndi və ətraf rayonlarda söküntü, bərpa və abadlıq işləri geniş vüsət alıb".

BAKU.WS xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib. 

O qeyd edib ki, 30 ildən artıq işğal altında qalan Xankəndi şəhərində ermənilər tərəfindən çoxlu sayda özbaşına və qanunsuz tikinti işləri aparılıb:

"Bu pərakəndə tikintilər şəhərin memarlıq üslubuna ciddi zərər vurub. Azərbaycanın memarlıq ənənələrinə uyğun olmayan bu tikililərin əksəriyyəti həm də tikinti normalarına cavab verməyəcək dərəcədə keyfiyyətsiz şəkildə inşa olunub. Məhz bu səbəbdən hazırda həmin tikililər sökülür", - deyə o bildirib.

Afət Telmanqızı vurğulayıb ki, Qarabağ Universiteti ətrafında da geniş ərazidə söküntü işləri aparılır: "Universitetin yerləşdiyi ərazidə böyük şəhərcik salınır. Tikinti normalarına cavab verən binalar saxlanılır, digərləri isə sökülür".

O bildirib ki, Xankəndi şəhərində yerləşən, yerli əhəmiyyətli mədəniyyət abidəsi sayılan Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrının binasının bərpasına da başlanılıb:

"Qeyd edim ki, bu teatr binası 1932-ci ildə tikilərək istifadəyə verilib. 1949-cu ildə isə onun konstruksiyasına müəyyən əlavələr olunub. Sənət ocağı XX əsrin memarlıq abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib".

Afət Telmanqızı Xankəndidə əhalinin istirahəti və şəhər estetikasının bərpası məqsədilə aparılan digər işlər barədə də məlumat verib:

"Hazırda şəhərdə "Zəfər parkı", "Zəfər muzeyi" və "Mədəniyyət mərkəzi"nin yaradılması istiqamətində işlər davam etdirilir. Parkın təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Zəfər parkında işlər yüksək templə gedir. Ərazidə işğal dövründə tikinti normalarına zidd inşa edilən və istismara yararsız vəziyyətdə olan bir sıra tikililər artıq sökülüb".

Afət Telmanqızının sözlərinə görə, parkın mərkəzində qələbəmizin rəmzi olan "Zəfər Tağı" inşa edilir:

"Bu abidənin hündürlüyü Vətən müharibəsinin günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində şəhərə baxış üçün xüsusi meydança yaradılır. Ziyarətçilərin, o cümlədən yaşlılar və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulur".

"Zəfər Tağına doğru 44 rəmzi pilləkən salınacaq. Hər bir pilləkəndə Vətən müharibəsində azad edilən yaşayış məntəqələrinin adı və həmin günlə bağlı məlumat əks olunacaq. Layihəyə əsasən, parkda geniş yaşıllıq zolaqları salınır. Mövcud ağaclar qorunur, əlavə olaraq 300-dən çox ağac və 9 mindən çox dekorativ kol əkilib".

Xidmət rəsmisi əlavə edib ki, Xankəndi şəhər stadionu da yenidən qurulur. Həmçinin, əhalinin geri dönüşü, şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində də genişmiqyaslı layihələr icra olunur:

"Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sərəncamlar imzalanıb və yaşayış məntəqələrinin maliyyələşməsi təmin olunub".

Afət Telmanqızı, həmçinin Prezident İlham Əliyevin bu il iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün nəzərdə tutulan əraziyə baxış keçirdiyini də xatırladıb:

"Dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, bu kanat yolunun uzunluğu təxminən 6 min metr, Xankəndidəki başlanğıc nöqtəsi 844 metr, Şuşada isə 1317 metr yüksəklikdə yerləşəcək. Kanat yolu vasitəsilə hərəkət 13 dəqiqə davam edəcək, sürət isə saniyədə 8 metr olacaq".

"Bu layihənin icrası həm turizmin inkişafına təkan verəcək, həm də Xankəndi ilə Şuşa arasında rahat nəqliyyat əlaqəsi yaradacaq. Hazırda layihənin texniki detalları üzərində aidiyyəti qurumlarla birgə iş aparılır".

Sonda o qeyd edib ki, şəhərin gələcək inkişafı üçün dünyaca nüfuzlu "Chapman Taylor" şirkəti tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir.

Paylaş

Xəbər lenti

Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR