6-08-2025, 10:48 484

Həyət evi olanlara pis xəbər – Bu ərazilərdə kompensasiyasız söküntü başlayır

Bakı şəhərində sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ekspertlərin fikrincə, bəzi hallarda bu evlərə çıxarış verilməsi mümkün olsa da, çoxu üçün bu, artıq real görünmür. Xüsusilə özbaşına, qanunsuz şəkildə inşa edilmiş, təhlükəli zonalarda yerləşən tikililər söküntü riski ilə üz-üzədir. İddialara görə, bu evlərin heç bir sənədi olmadığı üçün dövlətdən kompensasiya ala bilməyəcəklər. Məsələ ilə bağlı son qanunvericilik dəyişiklikləri və dövlətin sərtləşən nəzarət mexanizmləri problemin nə qədər ciddi olduğunu göstərir.

Doğrudanmı vətəndaşlar qanunsuz tiklilərə görə sənəd və kompensasiya ala bilməyəcəklər?

AVESTA.AZ xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmovun sözlərinə görə, bələdiyyə sənədi olan evlərə çıxarış verilməsi ehtimalı yüksəkdir.

Onun sözlərinə görə, 2007-ci ilə qədər inşa olunmuş sənədsiz, amma bələdiyyə sənədi olan evlərin tanınması mümkündür:

"2007-ci ildən sonrakı evlərin sənədləri də ayrıca araşdırılacaq. Əgər həmin evlər neft yataqları üzərində, dövlət mühafizə zonasında və ya hərbi-sənaye təyinatlı ərazilərdə yerləşmirsə, çıxarış verilməsi mümkündür. Bu ərazilərə misal olaraq SOCAR-ın torpaqları, dəmir yolu xətləri və ya hərbi obyektlər yaxınlığında yerləşən sahələr göstərilə bilər. Belə yerlərdə yerləşən evlərə çıxarış verilməyəcək. 

Amma bəzi ərazilərdə – məsələn, Dərnəgül və Binəqədi kimi ərazilərdə xüsusilə də dəmir yolu mühafizə zonalarında gecəqondu şəklində, özbaşına tikilmiş evlərə çıxarış verilməsi mümkünsüzdür. Həmin evlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt olunmuş torpaqlarda tikilib. İnsanlar bu evlərə ya aldanaraq köçür, ya da qanunsuz yollarla məskunlaşırlar. Vətəndaşlar çox vaxt səriştəsiz maklerlərin və işbazların qurbanına çevrilir".

M.Rüstəmov vurğulayıb ki, dövlət bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoyub:

"Özbaşına tikilmiş və torpaq çıxarışı olmayan evlərə heç bir güzəşt tətbiq olunmayacaq. Hətta yaxın gələcəkdə bu tikililərin kütləvi şəkildə sökülməsi də gözlənilir. Artıq bəzi ərazilərdə söküntülərə başlanılıb. 

Qeyd etmək lazımdır ki, 2023-cü ilin oktyabrında qəbul olunan fərmana əsasən, çıxarışı olmayan evlərə sayğacların (işıq, su, qaz) quraşdırılması qadağan olunub. Bu da hökumətin qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da gücləndirdiyini göstərir. Hazırda yalnız Bakı şəhərində 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Bu rəqəm daha yüksək ola bilər, çünki bir çox evlərdə sayğac yoxdur və statistika əsasən sayğaclara görə aparılır. Üstəlik, bəzi hallarda bir sayğacdan bir neçə ev istifadə edir.

Bu tikililər Bakının şəhər planlaşdırmasına da ciddi təsir göstərir. Şəhərin infrastrukturu – xüsusilə kanalizasiya və kommunikasiya xətləri bu qədər sıxlığı daşıya bilmir. Payız və qış aylarında yağıntılar zamanı boruların dolması və daşması artıq adi hala çevrilib. Çünki bu infrastruktur həmin məskunlaşma sıxlığına uyğun inşa edilməyib".

Müsahibimiz deyib ki, son illərdə xüsusilə Xəzər rayonunun Binə qəsəbəsində kütləvi məskunlaşma müşahidə olunur:

"İşbazlar burada özbaşına tikililər inşa edir və sakinlərə evləri "çıxarış olacaq" vədi ilə satırlar. Lakin dövlət artıq vəziyyəti nəzarətə almağa başlayıb və bu ərazilərdə sənədsiz evlərin taleyi demək olar ki, həll olunma mərhələsindədir. Sonda qeyd edim ki, sənədi olan və hüquqi əsaslarla inşa edilmiş evlərin sahibləri üçün hələlik təhlükə yoxdur. Amma qanunsuz, sənədsiz və təhlükəli zonalarda inşa edilmiş evlərin sökülməsi artıq sadəcə ehtimal deyil, real prosesə çevrilmək üzrədir".

Paylaş

Xəbər lenti

Tramp Kanada ilə ticarət sazişinin imzalanmasına yaxın olduqlarını açıqlayıb Bu gün, 14:48 SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb Bu gün, 14:48 Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər Bu gün, 14:48 SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb Bu gün, 14:48 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı Bu gün, 14:48 HONOR X9e Pro: Sərhədlərə meydan oxu Bu gün, 14:48 Azərbaycanda bu şəxslər üçün bəzi xidmətlər pulsuz ola bilər Bu gün, 14:48 Azərbaycanda bu sürücülər üçün imtahan keçiriləcək - DİM açıqladı Bu gün, 13:49 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Bu gün, 13:49 Sabah Bakıda 23 dərəcə isti olacaq Bu gün, 13:48 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia Bu gün, 13:48 ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb Bu gün, 13:48 Dəniz quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirdi Bu gün, 13:48 Nənələrin sevimli aksesuarı yenidən dəbə minir Bu gün, 13:48 Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI Bu gün, 13:48 "Qırmızı kitab"a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib Bu gün, 13:48 Əvvəl 9 idi, indi 26 oldu - İstilik mövsümünə tez başlanılan rayonların sayı artırıldı Bu gün, 12:48 İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb Bu gün, 12:48 Əziz Ələkbərli: Qərbi Azərbaycana köçürülən ermənilər əcdadlarımıza məxsus dini abidələri ələ keçiriblər Bu gün, 12:48 Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq? Bu gün, 12:48 Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir Bu gün, 12:48 Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib Bu gün, 12:48 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - RƏSMİ Bu gün, 12:48 Oğuzda meşədə yanmış kişi meyiti tapılıb Bu gün, 11:48 BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib Bu gün, 11:48 Pensiya alanların DİQQƏTİNƏ: Gələn il artımlar belə hesablancaq Bu gün, 11:48 Sumqayıtda 5 maşın toqquşdu - Zəncirvari qəza Bu gün, 11:48 Harri Keyn üçün qızıldan butslar hazırlandı Bu gün, 11:48 Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir Bu gün, 10:48 İşdən çıxarılan şəxslərin kreditini dövlət ödəyəcək - ŞAD XƏBƏR Bu gün, 10:48 Azərbaycan sərhədçilərinə atəş açan şəxs zərərsizləşdirildi - Foto Bu gün, 10:48 BDU: Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək Bu gün, 10:48 Kimi Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub Bu gün, 10:48 ABŞ-də biznes-jet yaşayış massivinə çırpıldı: 9 nəfər ölüb Bu gün, 09:48 Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək Bu gün, 09:48 Nazirlər Milli Məclisə toplaşırlar Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir Bu gün, 09:48 "28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb Bu gün, 09:48 Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib Bu gün, 08:48 Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? Bu gün, 08:48 Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR Bu gün, 08:48 Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə Bu gün, 08:48 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi Bu gün, 08:48 Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? Bu gün, 08:48 70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi: Sənətkarın son ad günü necə keçdi? Bu gün, 08:48 Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir Bu gün, 00:48 Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi Dünən, 23:48 " Oyunu dəyişən adam": Harri Keyni "Qızıl top"a aparan uğur hekayəsi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR