9-08-2025, 15:48 657

Suriyalı ekspert:

"Cənubi Qafqaz onilliklər boyu davam edən qarşıdurma və qeyri-sabitlikdən sonra, 2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsi ilə yeni bir siyasi mərhələyə qədəm qoydu. 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi təkcə silahların susmasına səbəb olmadı, eyni zamanda, bölgədə güc balansının yenidən qurulması prosesini başladan tarixi dönüş nöqtəsinə çevrildi. Bu müddətdə Azərbaycan həm hərbi üstünlüyünü, həm də sülh vizyonunu diplomatik müstəviyə daşıyaraq Cənubi Qafqazın ən vacib aktoru olduğunu sübuta yetirdi".

BAKU.WS xəbər verir bunu Oxu.Az-a açıqlamasında Suriya-Azərbaycan Dostluq Dərnəyinin sədri Dr.Muxtar Fatih Beydili deyib.

O bildirib ki, 2021-ci ilin noyabrında Ermənistan tərəfinə rəsmi sülh təklifi təqdim edən Bakı, 2022-ci ilin fevralında beş əsas prinsipdən ibarət saziş layihəsini qarşı tərəfə çatdırdı:

"Bu təşəbbüs Moskvadan Brüsselə, Vaşinqtondan bölgə paytaxtlarına qədər uzanan çoxşaxəli diplomatiya marafonunun başlanğıcı oldu. Son olaraq ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar tərəflərin yazılı sülh mətnində razılığa gəldiyi ən kritik mərhələlərdən birini ifadə edir. Müharibədən sonra ilk mərhələdə Rusiyanın təşəbbüsü ilə başlayan danışıqlar Ukrayna müharibəsi və dəyişən geosiyasi balanslar səbəbindən zəifləmişdi. Avropa İttifaqı prosesə qoşulsa da, Fransanın açıq şəkildə Ermənistan tərəfini müdafiə edən mövqeyi tərəfsizlik amilini zədələdi və Parisin masadakı çəkisini xeyli azaltdı. Bu boşluq isə Vaşinqtonun ön plana çıxmasına zəmin yaratdı. ABŞ paytaxtında keçirilən son görüşdə tərəflər razılığa gəldilər. Lakin sazişin davamlı olması Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən maddələrin dəyişdirilməsinə bağlıdır".

"Vaşinqtondakı müzakirələrin mərkəzində Zəngəzur dəhlizi dayanırdı. Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək bu xətt, yalnız iki ölkə münasibətlərini normallaşdıracaq bir nəqliyyat layihəsi deyil, həm də Türkiyə üzərindən Orta Asiyaya uzanacaq yeni ticarət və logistika şəbəkəsinin strateji halqasıdır. Bakı bu dəhlizdə tam maneəsiz və təhlükəsiz keçid prinsipi ilə, İrəvan isə suverenlik arqumentləri ilə nəzarət səlahiyyətini əlində saxlamaq istəyir. Bəyannamədə dəhlizin Ermənistandan keçən hissəsinə Amerika şirkətinin cəlb edilməsi də yer alıb. Türkiyə isə prosesin əvvəlindən etibarən Azərbaycanın yanında olub. Eyni zamanda, Ermənistanla normallaşma addımlarını sülh danışıqları ilə paralel diplomatik xətt üzrə aparıb. Ankaranın strateji məqsədi yalnız Bakı ilə İrəvan arasında davamlı sülhü təmin etmək deyil, həm də Qafqazda nəqliyyat şəbəkələrini gücləndirərək iqtisadi inteqrasiyanı sürətləndirməkdir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Ankara-Bakı xəttini Orta Asiyaya uzanan regional inteqrasiyanın onurğa sütununa çevirəcək.

İran Cənubi Qafqazda geosiyasi dəyişikliklər istəmədiyi səbəbi ilə Zəngəzur dəhlizi layihəsinə qarşı çıxır. Tehran dəhlizin Ermənistanın quru əlaqələrini məhdudlaşdıra biləcəyindən narahatdır. 2024-cü ilin sentyabrında İran xarici işlər naziri Abbas Əraqçı sərhəd dəyişikliklərinin İran üçün "qırmızı xətt" olduğunu və layihənin qəbuledilməzliliyini bəyan edib", - deyə müsahibimiz əlavə edib.

M.F.Beydili onu da diqqətə çatdırıb ki, Azərbaycan bu gün yalnız Qarabağdakı hərbi qələbəsi ilə deyil, enerji diplomatiyasındakı fəallığı və çoxyönlü xarici siyasət manevrləri ilə də seçilir:

"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşən coğrafi mövqeyi Bakıya təbii bir logistika və enerji mərkəzi olma potensialı qazandırır. Zəngəzur dəhlizinin işə düşməsi yalnız Azərbaycan-Ermənistan münasibətlərini dəyişdirməyəcək, eyni zamanda, türk dünyasındakı inteqrasiyanı da dərinləşdirəcək. ABŞ-dəki bu son görüş Azərbaycanın diplomatik və geosiyasi çəkisini artırdığı bir dövrə təsadüf edir. Qarabağdakı hərbi qələbəsini diplomatik uğurlarla möhkəmləndirən Bakı, sülh prosesinin memarlarından biri kimi tarix səhnəsində yerini gücləndirir.

Sazişin imzalanması fonunda Zəngəzur dəhlizinin açılması isə Cənubi Qafqazda üç əsas dəyişikliyə yol aça bilər. Regional inteqrasiyanın sürətlənməsi - Azərbaycan, Ermənistan, Gürcüstan və qonşu ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişlənməsi. Enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi - TANAP və TAP kimi mövcud layihələrlə yanaşı yeni enerji və logistika xətlərinin işə salınması və regional güc balansının yenidən müəyyənləşməsi - Rusiya, Türkiyə, İran və Qərb arasında nüfuz rəqabətində yeni tarazlıq.

Bununla belə, prosesin kövrək təbiəti nəzərdən qaçırılmamalıdır. Ermənistanın daxili siyasətindəki millətçi reaksiyalar, sərhədin müəyyənləşməsi prosesindəki texniki çətinliklər və qlobal güclər arasındakı rəqabət sülhün davamlılığını çətinləşdirə bilər. Lakin ABŞ-də aparılan Azərbaycan-Ermənistan sülh danışıqları, iki ölkə münasibətlərindən daha geniş mənada, Cənubi Qafqazın gələcəyini formalaşdıracaq prosesin bir hissəsidir. Azərbaycan qazandığı hərbi qələbəni diplomatiya masasında strateji nailiyyətlərə çevirərək regional güc kimliyini möhkəmləndirir".

"ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə keçirilən tarixi görüş Qafqazda uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsində yeni bir mərhələnin qapısını açdı. Bu gün keçirilən danışıqlar nəticəsində iki ölkə müharibəni bitirən sənədi imzaladı. Görüş zamanı Tramp ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan ikitərəfli görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın da qatıldığı mühüm üçtərəfli müzakirə keçirildi. Bu danışıqların sonunda bölgədə sülhə dair mühüm bir bəyannamə imzalanaraq prosesə rəsmi xarakter verdi. Xüsusilə Əliyevin sülh prosesindəki fəal və təsirli rolu diqqət çəkdi. Hətta İlham Əliyev Trampın bu rolunu yüksək qiymətləndirərək onun Nobel Sülh Mükafatına layiq olduğunu dedi. Çünki bu bəyannamə Qafqazda illərdir davam edən gərginliyi azaltmaq və regional əməkdaşlığı gücləndirmək baxımından mühüm addım kimi qiymətləndirilir. Əliyevin qətiyyətli mövqeyi və Trampın vasitəçiliyi sülhün təmin edilməsində əsas amillər kimi ön plana çıxdı. Yaxın gələcəkdə tərəflərin əməkdaşlığı necə dərinləşdirəcəyi və bu sənədin praktikada necə həyata keçiriləcəyi diqqətlə izlənəcək", - deyə ekspert fikrini yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR