
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq avtomobil təmir sexinə və sexdə olan "Mercedes" markalı avtomobillə çırpılıb.
Qəza nəticəsində, 1996-cı il təvəllüdlü T.İbrahimov, 1992-ci il təvəllüdlü M.Həsənli və 2002-ci il təvəllüdlü K.Mehdizadə xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.