15-08-2025, 12:48 1049

Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ

Xaricdə təhsil son illər gənclər arasında ən populyar istiqamətlərdən birinə çevrilib.

Daha keyfiyyətli təhsil, beynəlxalq mühitdə təcrübə qazanmaq, xarici dil biliklərini artırmaq və qlobal əmək bazarında rəqabət qabiliyyətini yüksəltmək istəyən minlərlə azərbaycanlı gənc hər il Avropa, Asiya və Amerika və s. ölkələrə üz tuturlar. Təbii ki, hər bir halda bu, alqışlanmalı məqamdır.

Lakin arzulanan təhsil təcrübəsi bəzən gözlənilməz bir maneə ilə üzləşir. Bəzən  xaricdə əldə edilən diplomun Azərbaycanda tanınmaması kimi reallqlar da olur.

Diplomların tanınmaması problemi yalnız fərdi karyera planlarını deyil, həm də dövlətin insan kapitalına yatırdığı potensialı zərbə altında qoyur. 

Çünki illərlə əziyyət çəkərək, maddi və mənəvi resurs sərf edərək təhsil alan gənclər, ölkəyə qayıtdıqda ixtisaslarını rəsmi şəkildə təsdiq etdirə bilmədikləri üçün əmək bazarına daxil olmaqda çətinlik çəkirlər. 

Amma burada diplomu hansı ali təhsil müəssisəsindən almağın da önəmli rol var. Bəzən gənclərimiz heç bir hüquqi keçərliliyi olmayan, tanınmayan universitetlərə üz tuturlar ki, bu da sonucda diplomun tanınmamsı ilə nəticələnir.

Bu vəziyyət xüsusilə son illərdə beynəlxalq təhsil bazarındakı dəyişikliklər, bəzi universitetlərin akkreditasiyasız fəaliyyət göstərməsi və tədris formalarının standartlara cavab verməməsi ilə daha da aktuallaşıb. 

Yəqin hər kəs üçün maraqlı olar, 2024-2025-ci tədris ilində neçə gəncin xaricdən gətirdiyi diplom ölkəmizdə tanınmayıb? 

Bu rədd cavablarının əsas səbəbləri nələrdir və hansı ölkələrdən diplomların tanınmaması halları daha çox müşahidə olunur? 

4998 gənc diplomunun tanınması üçün müraciət edib

AVESTA.AZ xəbər verir ki, AzEdu.az Təhsil Portalı mövzu ilə bağlı Elm və Təhsli Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanlayıb.  

Agentlikdən sorğumuza cavab olaraq bildilirb ki, 2024-2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuş 4998 müraciətçinin 4077-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

Ancaq 921 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır. 

Xarici diplomların tanınmamasının əsas səbəbləri

Qeyd edilən tarixlərdə xaricdə əldə edilən kvalifikasiyaların ölkə ərazisində əsas tanınmama səbəbləri aşağıdakı kimi təsnifatlandırılıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma; Autentik (həqiqi) olmayan diplom; Ekvivalenti olmayan ixtisas; Təhsilalma forması; Akkreditasiyasız ali təhsil müəssisəsi. 

Ən çox müraciət olunan ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 1453, Rusiya Federasiyasından 1367, Ukraynadan 1033, Gürcüstandan 220, Birləşmiş Krallıqdan 198, Belarus Respublikasından 147, Macarıstandan 74, Polşa Respublikasından 70, Amerika Birləşmiş Ştatlarından 49, İtaliya Respublikasından 48 müraciət edilib. 

Rəqəmlər göstərir ki, 2024-2025-ci tədris ilində xaricdə təhsil alan azərbaycanlı gənclərin əksəriyyəti diplomlarının tanınması üçün müsbət qərar alıb. 

Lakin 4 998 müraciətdən 921-i rədd edilib ki, bu da təxminən beşdə birinə bərabərdir. Bu reallıq onu da diqtə edir ki, hər bir halda gənclərimiz təhsil üçün xaricə üz tutanda seçimlərinə də diqqətli yanaşmalıdırlar. Bəzən elə universitetlər seçilir ki, onun adı belə elm və təhsilə məlum deyil.

Paylaş

Xəbər lenti

Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR