
Xəzər dənizinin Novxanı qəsəbəsi ərazisindən keçən hissəsində faciəvi hadisə baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Bayramov Murad dənizdə çimərkən boğulub.
Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib və yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.