
Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.
AVESTA.AZ Axşam.az-a istinadən xəbər verir ki, mərc oyunları reklam edən səhifələrdən biri müğənninin fotosunu götürərək, süni intellektlə ondan video düzəldib.
Aygün Kazımovanın prodüseri Ruslan Ağayev səhifəyə mesaj yazaraq, videonun silinməsini istəyib. O bildirib ki, video tezliklə silinməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.