21-08-2025, 19:48 683

Müdafiə Nazirliyinin sabiq xidmət rəisi 6 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Namiq Mirzəyev Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi hissələrdə maliyyə xidmət rəisi və digər vəzifələrdə çalışarkən hərbi qulluqçulara, eləcə də hərbi hissədə müxtəlif təyinatlarla ayrılmış pulları mənimsəyib.

O, hərbi hissənin maliyyə sənədlərinə yalan məlumatlar daxil edərək, Goranboy və Kəlbəcərdə yerləşən hərbi hissələrdə işlədiyi hərbi hissələrdə xüsusilə külli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Namiq Mirzəyev sözügedən ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki: "İstintaq materiallarında qeyd edilən məbləğlər yoxlama aparan şəxslərin müəyyən etdiyi məbləğlərlə hesablanıb. Birinci hərbi hissədə göstərilən məbləğlə razıyam, lakin ikinci hərbi hissədə mənimsənildiyi iddia edilən məbləğlə qismən razıyam".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən bu qədər məbləği hara xərclədiyini soruşub, eləcə də o bildirib ki, dövlətə dəymiş ziyanın ödənilməsinə yönəltmək üçün təqsirləndirilən şəxsin hər hansı bir mülkü yoxdur.

Təqsirləndirilən Namiq Mirzəyev cavabında deyib ki, o, ittihamda göstərilən məbləğin razılaşdığı hissəsini şəxsi ehtiyacları üçün xərcləyib. Bu pula hər hansı bir mülk almayıb.

İttihamda qeyd edilən məbləğləri topladıqda Namiq Mirzəyevin mənimsəməkdə təqsirləndirildiyi məbləğ 6 milyon manatdan çox edir. O, prosesdə bildirib ki, bu məbləğin cəmi 43 min 800 manatını dövlət büdcəsinə qaytarıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, səhhətində problem olduğu üçün əməliyyat olunmalıdır. Müttəhim ödənilən məbləğin az olmasını həbsdə olmağı və səhhəti ilə əlaqəndirib. O deyib ki, qalan məbləği də dövlət büdcəsinə qaytarmağa çalışır. Proses şahidlərin ifadələri ilə yekunlaşıb. Bildirilib ki, növbəti iclasa daha 4 şahid də çağırılacaq. Məhkəmənin növbəti iclası avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, DTX-nin həyata keçirdiyi əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023-2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.

N.Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəməyə görə həbs edilmiş Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində DTX-də başlanılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

Paylaş

Xəbər lenti

Tanınmış həkim vəzifəsindən AZAD EDİLDİ Dünən, 23:48 "Moody's": "Cənub Qaz Dəhlizi" şirkətinin minoritar səhm paketi XRG-yə satılacaq Dünən, 23:48 Bakıda salınacaq tramvar xətləri ilə bağlı YENİ AÇIQLAMA Dünən, 23:48 Sumqayıtda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Bakıda tikiləcək yeni metrostansiyaların sayı açıqlandı - RƏSMİ Dünən, 23:48 "34 ildən sonra dədə-baba torpaqlarımıza qayıtdıq" - Kərkicahanda həyat yenidən canlanır Dünən, 23:48 Elvin Cəfərquliyev sakitliyi pozdu: "Mən yaxşıyam" Dünən, 22:48 16 yaşlı oğlanın pensiyası niyə kəsilib? Dünən, 22:48 "Ermənistan cavabdeh tərəf olmalıdır" - Qarabağda mina təhlükəsi davam edir Dünən, 22:48 Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib Dünən, 22:48 Rəhim Həsənov 31-ci turun epizodlarını şərh etdi Dünən, 21:48 Bakıda avtobusula minik avtomobili toqquşdu Dünən, 21:48 Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT Dünən, 21:48 Xanhüseyn Hüseynov kövrəldi - "Qədrimi bilməmişəm" Dünən, 21:48 "Haber Global": İlham Əliyev və Məhəmməd Şahbaz Şərif ikitərəfli münasibətləri müzakirə ediblər Dünən, 21:48 Qarabağın gələcəyinə töhfə verən təhsil ocağı: "Buraya gəldiyim üçün çox sevinirəm" Dünən, 20:48 Tarixi həqiqətləri danan Solovyov Azərbaycana niyə qara yaxmaqla məşğuldur? Dünən, 20:48 Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşılıb Dünən, 20:48 "Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır Dünən, 20:48 Yeni yayılan Hantavirusla bağlı BİLMƏDİKLƏRİNİZ - Nədir, necə yayılır və kimlər təhlükədədir? Dünən, 20:48 Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb Dünən, 20:48 Qəbələnin bəzi əraziləri qazsız qalacaq Dünən, 19:48 Tiktoker "Eliş"ə hökm oxundu Dünən, 19:48 Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub Dünən, 19:48 Sabahdan bu marşrutun avtobusları yenilənir Dünən, 19:48 Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb Dünən, 19:48 31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı Dünən, 19:48 Rossbax WUF13-ə hazırlığa göstərdiyi xüsusi diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib Dünən, 18:48 Qızla tanış olmaq üçün görüşə gedib TALANDI - Saxlanılanlar var Dünən, 18:48 70 ton yanacaq mənimsəyən sabiq vəzifəli şəxslə maşinist azadlığa buraxıldılar Dünən, 18:48 Verilişə 6 milyon dollarlıq saat taxıb gəldi Dünən, 18:48 Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib Dünən, 18:48 Xəstə təfəkkürün efirdə təcəssümü - Solovyovun iyrənc qəzəbli obrazı... Dünən, 18:48 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Sabah bu yollardan istifadə etməyin Dünən, 18:48 Rüfət Axundov: "Kimsə mənə səhv edəndə xoşbəxt oluram" Dünən, 18:48 Taylanda səyahət etmək istəyənlərin NƏZƏRİNƏ - Viza ilə bağlı dəyişiklik edilir Dünən, 17:48 Cəbrayılda siqaret istehsal ediləcək Dünən, 17:48 Azərbaycana xəstə heyvanların gətirilməsinin qarşısı alındı Dünən, 17:48 Serenay Sarıkaya bu adaya köçür Dünən, 17:48 Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib Dünən, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb Dünən, 17:48 Deputat "TikTok"a nəzarətin gücləndirilməsini təklif edib Dünən, 17:48 Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub Dünən, 17:48 Ermənistanda revanşistlər yenidən hakimiyyətə gəlsə, Azərbaycan necə davranacaq? Dünən, 17:48 Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı Dünən, 17:48 Elektron siqaretlərlə bağlı QƏRAR İMZALANDI Dünən, 17:48 SOCAR Daşkənddə keçirilən OGU2026 sərgi-konfransında pavilyonu ilə iştirak edir Dünən, 16:48 WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR