24-08-2025, 10:48 931

Bakıda binalar söküləcək - Evlərin qiyməti BAHALAŞACAQ

Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Ekspertlər bildirirlər ki, bu məsələdə əsas amil bazarda alıcıların sayının çoxalmasıdır. 

Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi başa çatıb. Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb.

Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq, Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Maraqlıdır, görəsən söküntülər hansı ərazilərdə olacaq? Ərazilərin sökülməsi mənzil bazarına da təsir edəcəkmi?

"Bakı Baş planda nəzərdə tutulan formada olacaq"

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, söküntülər həm dövlət ehtiyacı, həm də yeni yaşayış binalarının tikilməsi üçün aparılır: "2021-ci ildə Bakının baş planı təsdiq olundu. 2040-cı ilə qədər Bakı şəhəri Baş planda nəzərdə tutulan formada olacaq. Bu il Baş planın icrası ilə bağlı işlər daha sürətli gedir. Artıq paytaxtda çox sayda istismar müddətini bitirmiş binalar, yaşayış evləri sökülüb. Proses davam etdirilir. Onların yerində parklar, yollar, inzibati binalar inşa olunacaq. Sökülməli ərazilərlə bağlı monitorinqlər, planlamalar aparılır. Qiymətləndirmələrdən sonra qərar verilir. Dövlət ehtiyacı üçün sökülən ərazilərdə vətəndaşlara kompensasiya olaraq pul verilir. Bu işlər mərhələli şəkildə görülür. Yeni yolların çəkilməsi ilə də bağlı müəyyən ərazilərdə söküntü işləri aparılır. Yeni çəkiləcək yolların üzərində olan yaşayış evləri qiymətləndirilərək sökülür və vətəndaşlara kompensasiya məbləği ödənilir". 

"Tarixi binalar maksimum qorunur"

E.Fərzəliyev hazırda söküntü işləri həyata keçirilən yaşayış massivlərindən bəhs etdi: "Hazırda Yasamal ərazisində keçmiş "sovetski" adlanan ərazidə söküntü işləri həyata keçirilir. Oradakı bütün binalar sökülmür. Çünki xeyli tarixi abidə mövcuddur. Məscidlər, hamamlar, kitabxanalar və digər qədim abidə hesab olunan yaşayış binaları da var. Tarixi binalar müəyyən edildikdən sonra onlara söküntü zamanı zərər gəlməməsi üçün maksimum qorunur. Ərazi söküldükdən sonra həmin ərazidə park salınacaq. İkinci İçərişəhər tipli 16-19-cu əsrə aid milli qoruq kimi qorunub saxlanılacaq. Nəsimi rayonunda da kiçik həcmli söküntülər gedir. Yəqin ki, yaxın gələcəkdə söküntülərin miqyası daha da böyüyəcək. O zaman hansı ərazilərin konkret olaraq nə zaman söküləcəyi bəlli olacaq". 

Ucuz, amma təhlükəli

Ekspertin fikrincə, söküntülərin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur: "Burada bir məsələni də qeyd etməliyik. Hansı ki, köhnə evlərin istər kirayə, istərsə də satış qiyməti yenilərə nisbətən dəfələrlə ucuz idi. Lakin söküldükləri üçün həmin mənzillər əmlak bazarından çıxmış olur. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtda kirayə mənzillərin qiymətləri indiki qiymətlərdən dəfələrlə baha olacaq. Çünki yeni binalar daha baha təqdim edilir. Amma hər bir halda Bakı köhnə yaşayış binalarından qurtulmuş olur. Çünki həmin mənzillər təhlükə mənbəyidir. Hər hansı zəlzələ, subasma, sürüşmə nəticəsində həmin ərazilərdə böyük dağıntılar yarana bilər". 

Nəsimi, Yasamal, Nərimanov 

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov da bildirdi ki, söhbət istismar müddəti başa çatmış və qəzalı şəraitdə olan binalardan və həyət evlərindən gedir: "İstismar müddəti bitən binaların əksəriyyəti söküləcək. Amma öncəlik qəzalı əmlaklardır. Köhnə binalar sökülərək yerində yeni binalar inşa edilir. Bu həm şəhərin gözəlliyinə, həm insanların rahat yaşamına səbəb olur. Nəsimi, Yasamal, Nərimanov rayonları istiqamətində daha çox söküntü prosesi gedir". 

A.Nəsirov həmçinin vurğuladı ki, sökülən mənzillər üçün kompensasiya verilməlidir: "Ya vətəndaşa pul, ya da yeni binadan ev nəzərdə tutulur. Pul məbləği ailənin sayı, mənzilin otaqlarının sayına görə hesablanır. Hər şey qarşılıqlı razılaşma əsasında tənzimlənməlidir. Razılaşma olmasa məhkəmə yolu ilə həll edilir". 

"Hər söküntü zamanı qiymətlərdə artım müşahidə olunur"

Ekspertin fikrincə, sökülən ərazilərdəki abidələr nəzarətə götürülür: "Tarixi binalar və memarlıq abidələri söküntüyə daxil deyil. Əsasən bu kimi yerlərdə söküntü işləri həyata keçirilmir. Əgər keçirilərsə, söküntü yaxınlığında abidələr qorunur. Abidələrə zərər dəyərsə, şirkətlərin qarşısına tələblər qoyulur. Həmin abidələr yenidən bərpa olunur".

A.Nəsirov söküntülərin əmlak bazarına təsirindən də danışdı: "Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Bunun da səbəbi odur ki, evi sökülən kompensasiya alan vətəndaş yenidən bazara üz tutur. Alıcı artdıqca da əmlak bazarında qiymət artır". //Kaspi qəzeti

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR