
BMT Qəzzadakı vəziyyəti "fəlakətli" adlandırıb.
AVESTA.AZ xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Sindi Makkeyn deyib ki, bölgədə ciddi qida çatışmazlığı var.
"Orada insanlar aclıqdan ölür. Biz kömək etmək istəyirik, amma silahlar qarşımızı kəsir", – deyə Makkeyn bildirib.
Rəsmi məlumatlara görə, döyüşlər nəticəsində ölənlərin sayı 62 mini keçib, yaralananların sayı isə 157 mindən çoxdur. Aclıqdan ölənlərin sayı 270 nəfərdir. Onların 112-si uşaqlardır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.