
Bakıda hədiyyə və aksessuar mağazasında yanğın baş verib.
Bu barədə görüntülər AVESTA.AZ-ə daxil olub.
Bildirilib ki, Fəvvarələr Meydanında yerləşən "Pink" mağazasının anbarında qısaqapanmadan yanğın başlayıb.
FHN-dən AVESTA.AZ-ə verilən məlumata əsasən mağaza əməkdaşları qısa müddətdə yanğını söndürüb, sahibkara ciddi ziyan dəyməyib.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.