
"BakuBus" MMC-nin istismarında olan 72 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda problem yaşanıb.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə məlumat daxil olub.
Belə ki, sərnişinlərdən biri dünən avtobusda "Sədərək" ticarət mərkəzindən Köhnə Günəşli istiqamətinə hərəkət edən zaman üzərinə su axıb.
Avtobusun kondisionerindən axan su vətəndaş üçün böyük narahatlıq yaradıb. Nəticədə sərnişinin paltarı islanıb.
Görüntüləri olduğu kimi təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.