
"Miray" kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"Miray" polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Tiktoker Cinayət Məcəlləsinin 234.1-ci ( satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.