29-08-2025, 20:48 705

Baş ağrısının inanılmaz səbəbi açıqlandı

Əgər sizi mütəmadi olaraq küt və sıxıcı baş ağrısı narahat edirsə, ola bilsin ki, məsələ nə yorğunluqla, nə də migren tutmaları ilə bağlıdır.

BAKU.WS xəbər verir ki, ortodont həkim İrina Didenkonun sözlərinə görə, gərginlik tipli baş ağrılarının az qiymətləndirilən səbəblərindən biri dişləm pozğunluqları nəticəsində yaranan çeynəmə əzələlərinin hipertonusudur. O, bu barədə "Gazeta.Ru" ilə söhbətində danışıb.

"Dişləm pozulduqda çənə-diş sisteminə düşən yük bərabər paylanmır, çeynəmə əzələlərinin artıq gərginliyi yarana bilər. Bu isə həmin əzələlərin xroniki spazmına gətirib çıxarır ki, nəticədə gərginlik tipli baş ağrısı müşahidə olunur", – deyə Didenko izah edib.

Mütəxəssisin sözlərinə görə, uzunmüddətli hipertonus zamanı əzələlər daimi narahatlıq mənbəyinə çevrilir. Ən çox xəstələr gicgah və ya ənsə nahiyəsində sıxıcı ağrıdan, başda ağırlıq hissindən və istirahətdən sonra belə keçməyən yorğunluqdan şikayətlənirlər.

Dişləm pozuntularının əlamətləri həmişə aydın olmur. Məsələn: diş minasının həddindən artıq yeyilməsi, alt-çənə oynaqlarında səs və ya xırıltı, çeynəmədə çətinlik, üzdə və boyunda tez-tez ağrılar. Çox vaxt xəstələr uzunmüddətli danışıqdan və ya yeməkdən sonra çənədə "yorğunluq" hissindən gileylənirlər.

Dişləm pozuntuları həmçinin bruksizmi – dişlərin qeyri-ixtiyari şəkildə, əsasən yuxuda qıcırdılması və ya sıxılmasını – törədə bilər.

"Bruksizm çeynəmə əzələlərinin artıq gərginliyini artırır və çox vaxt səhər baş ağrıları, halsızlıq və yorğunluq hissi ilə müşayiət olunur. Zamanla bu, dişlərin vəziyyətinə də mənfi təsir göstərə, mina çatlarının və diş həssaslığının yaranmasına səbəb ola bilər", – deyə ortodont bildirib.

Didenkonun sözlərinə görə, problemi ortodontik müalicə – breketlərlə və ya daha müasir elaynerlərlə dişləm korreksiyası vasitəsilə aradan qaldırmaq mümkündür. Elaynerlər müalicə zamanı çeynəmə əzələlərindəki gərginliyi azaltmağa, həmçinin dişlərin yeyilməsinin qarşısını almağa kömək edir. Buna görə də təcrübəli həkimlər oxşar hallarda çox vaxt bu üsulu seçirlər.

"Bir çox xəstələr təəccüblənirlər ki, dişləm düzəldildikdən sonra onlarda təkcə gülüş yaxşılaşmır, həm də baş ağrıları keçir, yuxu normallaşır və ümumi vəziyyət düzəlir. Əslində, bunda qəribə heç nə yoxdur, çünki orqanizm vahid sistemdir və burada dişləm çox mühüm rol oynayır", – deyə ekspert əlavə edib.

Həkim vurğulayıb ki, mütəmadi baş ağrıları, xüsusən diş qıcırdatma, səhərlər yorğunluq və ya çənə ağrıları ilə müşayiət olunursa, ortodonta müraciət etmək lazımdır. "Düzgün diaqnostika və kompleks yanaşma simptomları deyil, problemin əsas səbəbini aradan qaldırmağa kömək edəcək", – deyə Didenko yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR