
Bakı axşam saatlarında başlayan güclü yanğın vətəndaşları qorxuya salıb.
Bu barədə hadisə şahidləri AVESTA.AZ-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, ətrafı bürüyən qara tüstü şəhərin bir çox istiqamətindən görünür.
Yanğının harada baş verdiyini öyrənmək üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik. Qurumdan AVESTA.AZ-ə bildirildi ki, yanğın Buzovnada qeydə alınıb.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində məişət tullantıları yığılan sahədə yanğın baş verib. Söndürülmə işləri görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.