31-08-2025, 10:48 590

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün olub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb edir.

Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla Neftçilər prospekti - Ağ Şəhər bulvarı - Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkət edərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlar yaşadıb.

Müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsal edilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusi ovqat qatıb. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraq doğurur.

Yürüşün sonunda Binə Atçılıq Mərkəzində sərgi təşkil olunub. Daha sonra başlayan tədbirdə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Beynəlxalq Avtomobil Federasiyasının tamhüquqlu üzvü olan AAF avtomobil idmanının inkişafı, yol hərəkəti təhlükəsizliyi və avtomobil irsinin təbliği istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirir. Bu fəaliyyətlər sırasında avtoidman yarışları, sürət festivalları, drift və yolsuzluq yürüşləri, klassik avtomobil sərgiləri xüsusi yer tutur. Federasiyanın təşəbbüsləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. 2024-cü ildə Kiqalidə keçirilən FIA mükafatlandırma mərasimində AAF "Klassik avtomobillər" sərgisinə görə "İrsin Təbliği Kubokuna" layiq görülüb.

ARAF isə bu illər ərzində, həmçinin Qarabağ atlarının qorunması, beynəlxalq tədbirlərdə tanıdılması istiqamətində mühüm işlər görüb. Bu ilin may ayında Qarabağ atları artıq 9-cu dəfə İngiltərədə Vindsor Kral Atçılıq Şousunda, İstanbulda keçirilən Etnosport Mədəniyyət Festivalında möhtəşəm çıxış edib və tamaşaçıların böyük rəğbətini qazanıb. Eyni zamanda, çövkən oyunu artıq dünya miqyasında tanıdılaraq beynəlxalq yarışlara çıxarılıb. Sonra tamaşaçılara Qarabağ atlarının füsunkar çıxışı - "Zəfər" proqramı təqdim edilib. Azərbaycanda milli atüstü oyun növlərindən biri olan - çövkən oyunu barədə videoçarx təqdim olunub. 2013-cü ildə UNESCO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən milli atüstü oyun növü-çövkən təkcə idman növü deyil, həm də zəngin mədəni irsdir. Qeyd edək ki, gələn il Bakıda 2-ci Çövkən üzrə Dünya Çempionatı baş tutacaq.

Tədbir Azərbaycan-İtaliya yoldaşlıq çövkən oyunu ilə davam edib. Oyun idmanın dostluq və əməkdaşlıq missiyasını əks etdirib. Çövkən oyunu Azərbaycan komandasının 2:1 hesabı ilə qalib gəlməsi ilə nəticələnib.

Eyni zamanda tədbirdə "Ən yaxşı qadın süvari", "Ən yaxşı kişi süvari" və "Ən unikal avtomobil", "Ən orijinal avtomobil", "Ən əfsanəvi avtomobil", "Ən qədim avtomobil", "1950-1960-cı illərin ən fərqli avtomobili", "1970-1980-ci illərin ən fərqli avtomobili"nin sürücüləri təltif edilib. Həmin axşam yalnız idmançı və sürücülər deyil, həm də rəngarəng retro geyimi ilə seçilən qonaqlar mükafatlandırılıb. "Ən rəngarəng retro geyimli" üç qalib təltif edilib.

Gecə konsert proqramı ilə davam edib. Səhnəyə məşhur tenorlar Vittorio Grigolo (İtaliya) və Yusif Eyvazov (Azərbaycan), eləcə də soprano ifaçısı Afaq Abbasova (Azərbaycan) çıxaraq opera ifaları ilə gecəyə sənət ruhu qatıblar. Daha sonra müasir musiqi səhnəsinin sevilən siması Minelli (Rumıniya) öz enerjili çıxışı ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Tədbir "Nazar Holdings", "Volvo Cars", "Azerbaijan Automobiles", "Azpetrol" şirkətlərinin sponsorluğu, "Motor House", "Green Car" mərkəzlərinin, Regional İnkişaf İctimai Birliyi (RİİB) və "Nargis" jurnalının təşkilati dəstəyi ilə keçirilib.

Paylaş

Xəbər lenti

Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Bu gün, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Bu gün, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Bu gün, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Bu gün, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Bu gün, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Bu gün, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Bu gün, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Bu gün, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Bu gün, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Bu gün, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Bu gün, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Bu gün, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Bu gün, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Bu gün, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Bu gün, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Bu gün, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 16:48 Azərbaycanda şair vəfat etdi Bu gün, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Bu gün, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR