31-08-2025, 21:48 397

Azərbaycanlı itkinlərin ailələrinin aksiyası Cenevrə sakinlərinin və qonaqların diqqətini çəkib

30 il əvvəl itkin düşmüş minlərlə yaxınının ağrısını və iztirabını dünyaya çatdırmaq üçün Cenevrrəyə toplaşan azərbaycanlı qadınların keçirdiyi aksiya şəhərin çoxsaylı sakinləri və qonaqlar üçün gözlənilməz hadisə oldu.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyi tərəfindən təşkil olunan aksiyanın məqsədi insan talelərinin aydınlaşdırılması üçün cavabdehlik daşısalar da, bu istiqamətdə yetərli səy göstərməyən beynəlxalq təşkilatlara ümidin hələ də tükənmədiyini göstərmək idi.

Aksiyanın Cenevrədə, BMT-nin Avropa ofisinin qarşısındakı "Millətlər sarayı" meydanında yerləşən "Sınıq stul" abidəsi önündə təşkil olunması da təsadüfi deyil. Dünyanın dörd bir yanından gələn turistlərin diqqətini çəkən "Sınıq stul" abidəsi 1993-cü ildə yalnız üç ay müddətinə quraşdırılmışdı, lakin artıq uzun illərdir, bu şəhərə səyahət edən hər kəsin əsas destinasiya nöqtəsi olaraq qalır. Sözügedən abidənin Qarabağda hələ də çox sayda mina və partlamamış sursatın olması səbəbindən Azərbaycan üçün aktuallıq kəsb edən piyada əleyhinə minalar və kaset bombalarına qarşı mübarizəyə həsr olunduğu da xüsusilə vurğulanmalıdır.

Bu gün isə "Sınıq stul" hərbi münaqişələrin bütün mülki qurbanlarına, o cümlədən itkin düşənlərə dair simvolik xatırladıcı kimi qəbul edilir.

30 avqust – Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü münasibətilə "Millətlər sarayı" meydanını ziyarət edənlər yaşlı azərbaycanlı qadınların qarşısında dayanıblar. Onlar sakitcə oturmuş, əllərində 30 ildən artıqdır, evlərinə qayıtmayan insanların fotoları və bəzi şəxsi əşyaları olan qutuları tutublar. Bu faciə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 minə yaxın insanın itkin düşməsi ilə bağlıdır və hələ də həmin insanların ailələrinin və yaxınlarının qəlbində sağalmayan yaradır.

Ziyarətçilər bu fotolara və əşyalara baxıb, yazıları oxuyub, şəkil və video çəkiblər. Bəziləri aksiyanın məqsədi ilə maraqlanıb, baş verən faciə ilə bağlı kiçik məlumatlandırma kağızlarını oxuyublar.

"Report"un müxbiri ilə söhbətində Fransadan gələn ziyarətçi Eliz valideynlərinin mənşəcə Qvineyadan olduğunu, özlərinin də çoxsaylı zorakılıq və qətliamlarla üzləşdiyini deyərək bu ağrını başa düşdüyünü söyləyib.

Kanadadan olan Culi gördüklərindən çox təsirləndiyini və kədərləndiyini, bir neçə şəkil və video çəkdiyini və bu faciənin detalları ilə daha yaxından maraqlanacağını qeyd edib.

Hind əsilli kanadalı Maraş aksiyanın bir neçə iştirakçısı ilə danışmağa çalışdı, məsələyə maraq göstərdi, şəkil və video çəkdi. Onun həyat yoldaşı Enci deyib: "Hər şey, hər şey çox kədərlidir".

"Report"la söhbətində Maraş qeyd edib ki, bir çox münaqişələrin kökündə din dayanır: "İnsanlar dini inancları müzakirə etməyə başlayan kimi mübahisələr və problemlər yaranır".

O, bu cür vəhşilikləri ermənilərdən gözləmədiyini söyləyərək təəccübünü gizlədə bilməyib: "Amma siz sülhə doğru gedirsiniz, elə deyilmi? Ümid edirəm, tezliklə sülh əldə olunar", – deyərək vidalaşıb.

Paylaş

Xəbər lenti

İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR