1-09-2025, 20:48 650

Məhkəmədə elan olunan ifadələrlə Ermənistanın işğalçılıq siyasəti bir daha təsdiqlənib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 1-də davam etdirilib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Qarik Martirosyana dövlət hesabına yeni müdafiəçi təyin olunduğunu bildirib.

Q.Martirosyan yeni müdafiəçinin təyinatına etiraz etməyib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Davit İşxanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Davit İşxanyan ibtidai istintaqa ifadəsində bildirib ki, "batalyon komandiri" olduğu dövrdə vəzifəsi Xocavənd rayonunun 8 kəndinin ərazilərindəki "kəndləri qorumaq"dan və döyüş əməliyyatlarında iştirak etməkdən ibarət olub, sonrakı dövrdə isə bir "vəzifəli şəxs" kimi "vəzifələri" çərçivəsində "idarəçilikdə" iştirak edib.

O, 1992-ci il sentyabrın 10-dan xidmətə çağırılaraq qondarma rejim uğrunda mübarizə dəstəsinin tərkibindəki silahlı qüvvələrin sıralarında Azərbaycan Ordusuna qarşı döyüşüb.

Ümumilikdə rəhbərlik etdiyi batalyon Xocavənd, Ağdərə, Kəlbəcər və Ağdam rayonlarının işğalında iştirak edib. İbtidai istintaqa ifadəsində bildirib ki, döyüşlər zamanı istifadə edilmiş bütün silah-sursat Ermənistan Respublikasının ərazisindən Xankəndi şəhərinə gətirilib və oradan korpuslara paylanılıb.

Məhkəmə iclasında təqdim edilən materiallarla sübuta yetirilib ki, Davit İşxanyan cinayətkar birlikdə fəaliyyətinin olmadığını qeyd etsə də, ali təhsil aldığı müddətdə tələbələr birliyinə qoşularaq "Miatsum" və "Krunk" təşkilatlarının mitinqlərinə qatılıb, hətta 1992-ci ilədək Xankəndi şəhərində və Xocavənd rayonunda yaradılmış postlarda silahlı şəkildə xidmət aparıb. Cinayətkar həmçinin Azərbaycan Respublikasına qarşı müharibədə iştirak edib.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər oxunub.

O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabrında qondarma rejimin "ordusu"nda tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb və müxtəlif vəzifələrə təyin olunub. 2007-ci ilin may ayından 2012-ci ilin noyabrınadək qondarma rejimin "müdafiə ordusu"nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun aylarınadək Xankəndi şəhərində "Xilasetmə idarəsinin direktoru", 2019-cu ilin may-iyun aylarından 2020-ci ilin iyun ayınadək "polis rəisi" olub. Təqaüdə göndərildikdən sonra heç yerdə işləməyib.

Qondarma qurumun "müdafiə ordusu"nun "komandan"ı vəzifəsində xidmət etdiyi müddətdə "ordu"nun maliyyələşməsi, silahlandırılması və bu kimi digər məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.

1992-ci ilin sentyabrında qondarma qurumun "müdafiə ordusu"nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Daha sonra məhkəmə iclasında təqsirləndirilən şəxs David Manukyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

David Manukyan ifadəsində bildirib ki, o, 1992-ci ilin dekabrından könüllü əsgər kimi Ermənistanla Azərbaycan arasında baş vermiş Birinci Qarabağ müharibəsində, eləcə də təxminən 1994-cü ilin may ayından sonrakı dövrlərdən etibarən işğal altında saxladıqları Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin "müdafiə ordusu"nda hərbi qulluqçu kimi müxtəlif, əsasən də rəhbər vəzifələrdə xidmət aparmaqla Ermənistanın Azərbaycanla müharibələrində və digər silahlı münaqişələrdə iştirak edib.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrdən və ona aid elan edilən digər sənədlərin tədqiqindən məlum olub ki, Birinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarına rəhbərliyi 1992-ci ildə qondarma rejimin "müdafiə naziri" olmuş Samvel Babayan və Ermənistan Respublikasının müdafiə naziri Vazgen Sarkisyan həyata keçiriblər. Müharibə müddətində bütün əmr və göstərişlər S.Babayan və V.Sarkisyan tərəfindən verilib, hücum və döyüş planlarını onlar tərtib ediblər.

Digər silah-sursatlar kimi, minalar da Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə Ermənistan Respublikasından gətirilib. Minaların konkret hansı ərazilərdə basdırılmalı olması barədə qərarı həmin ərazidə yerləşdirilmiş hərbi hissələrin komandirlərinin raportla müraciətləri əsasında "müdafiə ordusunun komandanlığı" verib. Həmin qərara əsasən də, hərbi hissə komandirlərinin rəhbərliyi ilə hərbi hissələrin mühəndis-istehkam bölmələrinin hərbi qulluqçuları tərəfindən təyin edilmiş ərazilərdə tank və piyada əleyhinə minalar basdırılıb. Lakin o, iddia edib ki, həmin ərazilərə aid mina xəritələrinin harada saxlanıldığını bilmir.

Sənədlərdə göstərilib ki, Suriya, Livan və İraqdan olan erməniəsilli şəxslər Ermənistan Respublikasına gəlib yaşamaq üçün müraciət etdikdə onlar həmin vaxt işğal altında saxlanılan Azərbaycan ərazilərinə köçürülüb və orada məskunlaşdırılıb.

Məhkəmə prosesi sentyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Paylaş

Xəbər lenti

Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR