
Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə götürülməklə davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən AVESTA.AZ-ə verilən məlumata görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.
Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.