
Azərbaycan 2026-cı ilin ilk doqquz ayında Türkiyəyə 1,971 milyard dollar dəyərində təbii qaz ixrac edib. Bu müddətdə qardaş ölkəyə 7,068 milyard kubmetr qaz tədarük olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə xarici ticarət göstəricilərində qeyd olunub.
| İl | İxrac həcmi | İxrac dəyəri |
| 2021 | 9,850 mlrd. kub.m | 1,684 mlrd.ABŞ dolları |
| 2022 | 6,854 mlrd. kub.m | 2,208 mlrd.ABŞ dolları |
| 2023 | 10,854 mlrd. kub.m | 3,682 mlrd.ABŞ dolları |
| 2024 | 9,812 mlrd. kub.m | 2,986 mlrd.ABŞ dolları |
| 2025 | 9,688 mlrd. kub.m | 2,607 mlrd.ABŞ dolları |
Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə qaz ixracının dəyəri 61 milyon dollar (3%), həcmi isə 396 milyon kubmetr (5,3%) azalıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayında Türkiyəyə 2,032 milyard dollar dəyərində 7,464 milyard kubmetr təbii qaz göndərilib.
Statistikaya əsasən, 2021-2025-ci illərdə Azərbaycandan Türkiyəyə qaz ixracının ən yüksək göstəricisi 2023-cü ildə qeydə alınıb. Həmin il 10,854 milyard kubmetr qaz ixrac edilib və tədarükün dəyəri 3,682 milyard dollara çatıb.
Sonrakı illərdə ixrac həcmində azalma müşahidə olunub. 2024-cü ildə Türkiyəyə 9,812 milyard, 2025-ci ildə isə 9,688 milyard kubmetr qaz tədarük edilib.
2021-ci ildə ixracın dəyəri 1,684 milyard dollar, 2022-ci ildə 2,208 milyard dollar, 2024-cü ildə 2,986 milyard dollar, 2025-ci ildə isə 2,607 milyard dollar təşkil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.