
2025/2026-cı tədris ilinin əvvəlində Azərbaycanın ümumi təhsil müəssisələrində 360 843 nəfər ikinci və ya üçüncü növbədə oxuyub.
BAKU.WS bu barədə rəsmi statistikaya istinadən xəbər verir.
Belə ki, bu, təhsilalanların 21.6 faizini təşkil edib.
Əvvəlki tədris ilinin əvvəlində ikinci və ya üçüncü növbədə oxuyanların sayı 400 588 nəfər olub.
Bir il ərzində onların sayı 39 745 nəfər azalıb, ümumi payı isə 23.7 faizdən 21.6 faizə enib.
2025/2026-cı tədris ilinin əvvəlində 4 179 ümumi təhsil müəssisəsinin 2 804-də dərslər bir, 1 375-də isə iki və ya üç növbədə təşkil edilib.
İkinci və ya üçüncü növbədə oxuyan 360 843 nəfərin 359 407-si dövlət, 1 436-sı isə qeyri-dövlət ümumi təhsil müəssisələrində təhsil alıb.
Eyni zamanda, Bakıda təhsilalanların 28.5 faizi ikinci və ya üçüncü növbədə oxuyub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.