
Türkiyədə qalmaqala səbəb olan "Hamal" serialının yayım tarixi açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, ekran işi 15 dekabrdan etibarən tamaşaçılara təqdim olunacaq.
Bu barədə kulislərdə məlumat yayılıb.
Serialda Oktay Kaynarca, Fahriye Evcen və Caner Cindoruk kimi aktyorlar çəkilirlər.
Serialın ssenari müəllifləri Kerem Deren, Çisil Hazal Tenim və Bilge Kurbandır. Layihənin prodüserliyini Oktay Kaynarca və Onur Kaynarca edir.
Xatırladaq ki, aylar əvvəl aktyor Oktay Kaynarcanın gənc həmkarı Fahriye Evcenlə tərəf müqabili olması müzakirələr yaradıb. Məşhurların "Hamal" adlı serialda tərəf müqabili olmaqları birmənalı qarşılanmayıb.
Onlar arasındakı yaş fərqinin böyük olduğu bildirilib. Belə ki, Oktay Kaynarca 61 yaşında, Fahriye Evcen isə 40 yaşındadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.