
Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə məlumat daxil olub.
Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurub.
Hadisə zamanı piyada xəsarət alıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AVESTA.AZ-ə bildirilib ki, piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər:
"Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüflər olsun ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.