
Toy və yas mərasimlərində israfçılıq halları ideoloji fəsadlara yol aça bilər.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu fikirləri AMEA Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.
Onun sözlərinə görə, bu kimi məclislər artıq şan-şöhrət, özünü göstərmək və bəhsə girmək üçün bir fürsətə çevrilib.
"Dəqiq təhlil edəndə görünür ki, maarifləndirmə işlərinin qarşısına çıxan bəzi qüvvələr, tərəflər və maraqlar var", - o əlavə edib.
E. Mustafayev bu cür israfçılıq hallarının dini müstəvidə də yolverilməz olduğunu vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.