6-09-2025, 14:48 374

Azərbaycanda mənəvi irsin tədqiqinə həsr olunan beynəlxalq layihə başlayıb

Azərbaycanda monoteizmin mənşəyini, xalqın mənəvi ənənələrini və ölkənin müqəddəs məkanlarını öyrənməyə həsr olunan unikal beynəlxalq layihəyə başlanılıb.

AVESTA.AZ xəbər verir ki, layihə din tarixçilərini, antropoloqları, etnoqrafları, paleogenetikləri və şərq əlyazmaları üzrə mütəxəssisləri bir araya gətirəcək.

Layihə çərçivəsində xüsusi diqqət Naxçıvana, Atəşgaha, həmçinin Nuh və Azər (Tərəh) – İbrahim peyğəmbərin atası haqqında xalq rəvayətlərinə yönəldilir.

Layihənin təşəbbüskarları Azbrand şirkətlər qrupunun vitse-prezidenti, layihənin Azərbaycan tərəfinin rəhbəri Rifat Sultan-zadə, Nine Senses İncəsənət Mərkəzinin akademik direktoru, incəsənətşünas, art-prodüser, mədəni və təhsil təşəbbüsləri üzrə mütəxəssis, mənəvi irs tədqiqatçısı Natalya Jukova, Leyden Rasional Teologiya və Monoteizm İnstitutunun həmtəsisçisi və baş direktoru, teoloq, dini yazıçı, maarifçi, elmi və mədəni layihələrin təşkilatçısı Gerşom Kiprişçidir.

Layihə niyə məhz Azərbaycanda həyata keçirilir?

Rifat Sultan-zadə: "Azərbaycan təkcə müasir dövlət deyil, həm də sivilizasiyaların qovşağında Bir Tanrı ideyasının formalaşdığı torpaqdır. Biz ölkəni erkən Qafqaz monoteizmi ilə XXI əsrin etik monoteizm dəyərləri arasında canlı körpü kimi göstərmək istəyirik".

Tədqiqat üçün əsas məkanlar hansılardır?

Gerşom Kiprişçi: "Əvvəlcə Nuh ilə bağlı olan Naxçıvan - sağ qalma və yenilənmənin simvolu. İkinci mühüm məkan isə işıq və mənəvi yaddaşı təcəssüm etdirən Atəşgahdır. Bu məkanlar miflərin, ritualların və tarixin müqəddəslik hissini necə formalaşdırdığını göstərir".

Təşkilat layihədə necə iştirak edir?

Natalya Jukova: "Biz incəsənət, mənəviyyat və tədqiqatın qovuşduğu məkanlar yaradırıq. Layihə Azərbaycanın zəngin mənəvi irsini daha dərindən öyrənməyə, müxtəlif mədəniyyətləri və ənənələri birləşdirməyə, həmçinin vizual müşayiət və təhsil təşəbbüsləri vasitəsilə layihənin nəticələrini populyarlaşdırmağa imkan verir. Bu işə elmi mühitdən olan mütəxəssislər də cəlb olunur".

Azərbaycanın dini tarixini unikal edən nədir?

Gerşom Kiprişçi: "Azərbaycan nadir ölkələrdəndir ki, burada şiələr, sünnilər, zərdüştilər, yəhudilər, qaraylar, xristianlar, hətta hindu və sikhlər əsrlər boyu dinc şəkildə birgə yaşamışlar. Bu, dini müxtəlifliyin qarşıdurma deyil, mədəni zənginlik mənbəyi ola biləcəyini göstərir".

Layihəyə niyə müxtəlif sahələrdən mütəxəssislər cəlb edilib?

Gerşom Kiprişçi: "Yalnız multidissiplinar yanaşma bütöv mənzərəni görməyə imkan verir. Layihədə din tarixçiləri, etnoqraflar, antropoloqlar, əlyazma mütəxəssisləri və paleogenetiklər iştirak edir. Məsələn, genetik araşdırmalar göstərir ki, azərbaycanlıların əhəmiyyətli hissəsi Tövrat və Quran peyğəmbərlərinin nəsli ilə əlaqələndirilən J haploqrupuna aiddir. Bu, mənəvi davamlılığın simvoludur."

Layihənin ilkin nəticələri nələr olacaq?

Gerşom Kiprişçi: "Bu il Azərbaycandakı qədim inancların erkən Qafqaz monoteizminin formalaşmasındakı rolu haqqında elmi məqalə dərc olunacaq. Xüsusi diqqət Nuh və İbrahimin atası Azərə yönəldiləcək ki, Bir Tanrı inancının qədim dövrlərdən bu günə qədər necə ötürüldüyü göstərilsin".

Layihənin nəticələri geniş ictimaiyyət üçün əlçatan olacaqmı?

Gerşom Kiprişçi: "Bəli, layihə açıqdır. Məqalə açıq çıxışda dərc olunacaq ki, hər kəs bu müqəddəs məkanların mənəvi irsi və tarixi ilə tanış ola bilsin".

Layihənin müasir Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Rifat Sultan-zadə: "Bu, sadəcə elmi təşəbbüs deyil. Bu, öz köklərimizi anlamaq və yenidən kəşf etmək fürsətidir. XXI əsrin Azərbaycanı əxlaq, dözümlülük və müxtəlif mədəniyyətlərə hörmət üzərində müasir, maarifçi dövlət qurur. Bütün bu dəyərlər etik monoteizmin qədim ənənəsinə söykənir. Mənəvi irs muzey eksponatı deyil - gələcəyin təməlidir".

Paylaş

Xəbər lenti

Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR