9-09-2025, 08:48 338

Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər

Xəbər verdiyimiz kimi, AFFA futbol üzrə Azərbaycan millisinin uğursuz nəticələrindən sonra yığmanın baş məşqçisi Fernandu Santuşla yolları ayırıb. Milli komanda müvəqqəti olaraq U-21-in çalışdırıcısı Ayxan Abbasova həvalə edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu məqamda seçmə komandanın yeni baş məşqçisinin kim olacağına dair suallar yaranır.

Nəzərə alaq ki, son illərdə millinin "sükanı arxası"na gətirilən əcnəbi məşqçilərin heç biri effektiv nəticə verməyib. Onların vaxtından əvvəl işinə xitam verilməsi isə AFFA-nın yüksək məbləğdə təzminat ödəməsi ilə nəticələnib.

Qeyd etdiyimiz hər iki məqam futbol ictimaiyyətində və azarkeşlər arasında narazılıq yaratdığından, bu dəfə yığmanın yerli mütəxəssisə tapşırılacağı gözlənilir. Bu addım eyni zamanda, AFFA rəhbərliyinə qarşı yönələn təzyiqləri də bir qədər yumşalda bilər.

Bəs, bu məqamda ön plana hansı yerli məşqçi çıxır?

Azarkeşlər arasında ən çox adı çəkilən və arzuolunan şəxs millinin sabiq kapitanı, yığmada 100-dən çox oyun keçirən və hazırda "Zirə"ni çalışdıran Rəşad Sadıqovdur.

2018-ci ildə U-21 millisini də çalışdıran 43 yaşlı mütəxəssis "Zirə"nin "sükanı arxası"nda 201 oyun keçirib.

2020-ci ilin yayından "qartallar"a rəhbərlik edən Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 167, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. Onun komandası bu qarşılaşmalarda 92 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb.

Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər

"Neftçi", "Sabah" kimi böyük büdcəyə sahib olmasa da, "Zirə" Premyer Liqada son iki mövsümü "Qarabağ"ın ardından ikinci pillədə başa vuraraq gümüş medallara sahib çıxıb, avrokuboklara vəsiqə qazanıb. Onun uzun illər "Qarabağ"ın kapitanı kimi Qurban Qurbanovla çiyin-çiyinə çalışması Sadıqovun məşqçi karyerasına müsbət təsirini göstərdiyi bildirilir.

Milli ilə adı çəkilən növbəti məşqçi Ayxan Abbasovdur.

44 yaşlı mütəxəssis bu ilin martında Azərbaycanın U-21 millisinin baş məşqçisi təyin edilib. Eyni zamanda "Şamaxı"nın da baş məşqçisi olan Abbasov U-21-lə 5 matça çıxıb və 1 qələbə qazanıb.

O daha öncə "Zirə", "Sumqayıt" və "Turan Tovuz"un baş məşqçisi kimi də çalışıb. Yeri gəlmişkən, "Zirə" 4 dəfə avrokuboklara vəsiqə qazanıb, bunlardan biri Ayxan Abbasovun, üçü isə Rəşad Sadıqovun adı ilə bağlıdır.

Ayxan Abbasov "Zirə"dən sonra 2020-ci ildə "Sumqayıt"la avrokuboklara vəsiqə qazanıb. Bu, "gənclər şəhəri" təmsilçisinin beynəlxalq arenada debütü olub. "Kimyaçılar" debüt matçında Şimali Makedoniyanın "Şkendiya" klubuna uduzaraq Avroliqada mübarizəni ilk mərhələdə dayandırıb.

Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər

Onun rəhbərliyi ilə "Şamaxı" ötən mövsüm 7-ci olub. 2022-ci ildə isə "Turan Tovuz"la anlaşan baş məşqçinin buradakı işi iki il çəkib. O, ötən il uğursuz çıxışına görə Tovuz təmsilçisindən göndərilmişdi.

AFFA bu dəfə milliyə yerli baş məşqçi gətirmək barədə düşünsə, ehtimallar arasında "Neftçi"nin çalışdırıcısı Samir Abasov da var. Lakin onun hazırda Bakı təmsilçisi ilə uğursuz çıxış etməsi 47 yaşlı məşqçinin şansını xeyli azaldır.

Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər

Son olaraq "Kəpəz"in baş məşqçisi olmuş Azər Bağırov bu ilin martında istefa verib. Onun da adı ehtimallar arasında olsa da, şansı yüksək dəyərləndirilmir. Azər Bağırov "Qəbələ", "Keşlə", "Araz Naxçıvan" kimi klublarda çalışıb.

Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər

Azarkeşlər arasında hazırda işsiz məşqçilərdən olan Tərlan Əhmədovun da adını çəkənlər var. Onun da son iş yeri 2023-cü ildə "Kəpəz" olub. Bundan başqa, "Neftçi" və "Keşlə"də də baş məşqçi kimi fəaliyyət göstərib. Tərlan Əhmədovun yaşadığı ən böyük problemlərdən biri ona klub rəhbərliyi tərəfindən sona qədər etimad göstərilməməsi olub.

Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər

Qeyd edək ki, Arif Əsədovun müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərməsini nəzərə almasaq, Qurban Qurbanovdan sonra millinin son üç məşqçisi əcnəbi olub - Nikola Yurçeviç, Canni de Byazi və Fernandu Santuş.

Yurçeviç millidə çalışdığı 10 ay müddətində yığmanı 10 matça çıxarıb, 1 qələbə qazanıb, 7 dəfə məğlubiyyətlə üzləşib, 2 dəfə heç-heçə edib. De Byazi isə 40 ay müddətində 10 qələbəyə sevinib, 21 məğlubiyyət görüb, 8 heç-heçə nail olub. Santuş isə ən uğursuz məşqçi adlandırsaq, yanılmarıq - 0 qələbə, 9 məğlubiyyət, 2 heç-heçə.

Paylaş

Xəbər lenti

Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR