11-09-2025, 18:48 339

Keçmiş sevgilisindən tanınmış fitnesçiyə ittihamlar:

İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyon manatdan çox pulunu ələ keçirdiyini deyir.

Oxu.Az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən 36 yaşlı xanım H.Məhərrəmli ilə əvvəllər sevgi münasibətində olduğunu, qarşı tərəfin onun etibarından sui-istifadə etdiyini deyib.

O iddia edib ki, bir vaxtlar taksi sürücüsü olan Hidayət hazırda əldə etdiyi hər şeyi onun hesabına qazanıb:

"5 il əvvəl Hidayət Məhərrəmli ilə o taksi sürücüsü işləyəndə təsadüfən tanış olmuşdum. Sonra mənə idman zalında məşq keçdiyini dedi. Mən məşq etdiyim zaldan çıxıb, onun məşq keçdiyi idman zalına getməyə başladım. Hidayət mənim harada işlədiyimi, nə işlə məşğul olduğumu biləndən sonra münasibətlərimiz 3-4 ayın içində daha da sıxlaşdı və mənə evlilik təklif etdi. Mən isə bir-birimizə çox güvəndiyimizi deyərək hələ 2-3 il birgə işləməyi, öz markamızı yaratmağı, onun yarışlarda iştirak edərək məşhurlaşa biləcəyini və bundan sonra rahat evlənəcəyimizi dedim və buna razılaşdıq. Münasibətlərimiz barəsində mənim və onun ailəsi də məlumatlı idi, bir-birimizin evində dəfələrlə olmuşduq, aramızda ciddi münasibət formalaşmışdı".

Keçmiş sevgilisindən tanınmış fitnesçiyə ittihamlar:

Ş.Yunusova bildirib ki, bundan sonra o, Hidayətin məşhurlaşması, yarışlarda iştirakı üçün böyük məbləğdə pul xərcləyib, həmçinin Hidayətin təklifi ilə gəlir əldə etmək üçün ona çoxlu pul verib:

"Münasibətimizin başlamasından sonra onun tanınması, marketinqi üçün böyük məbləğlər yatırmağa başladım. Məqsəd isə o idi ki, məşhurlaşsın, tələbələri çox olsun, birgə brend yaradaq, həmin brendi təmsil etsin və bundan gəlir əldə edək. Həmişə mənə deyirdi ki, protein satışında yaxşı pul var, yaxşı gəlir əldə edə bilərik. Mən də başladım ona hissə-hissə pullar verməyə.

Belə ki, protein satışı, idman geyimlərinin istehsalı, idman qidalarının satışı və göyərti toxumlarının satışı biznesi üçün hissə-hissə pullar almağa başladı. "Prius" markalı maşın sürdüyünə görə deyirdi ki, bu maşına görə adama hörmət qoymurlar. Ona görə əvvəlcə ona "Lexus", daha sonra "Mercedes-Benz" markalı lüks avtomobil aldım. Ümumilikdə ona 4 dəfə, hər dəfə daha bahalı olmaqla avtomobil və avtomobil nömrə nişanı almışam. Onu ancaq "Under Armour" firmasından geyindirirdim, mənim kartımla Dubayda, Türkiyədə alış-verişlər edirdi, ən bahalı telefonlar, aksesuarlar alırdıq ki, tanınsın və bu yolla da biznesimizi də inkişaf etdirək. Hazırda boynunda olan 14 min manatlıq boyunbağını da mən almışam. Maşının üzərindəki bahalı nömrə də mənim adımadır. Lakin daha sonra məlum oldu ki, Hidayət heç bir biznes qurmayıb və vəd etdiyi şeylər də yalandır, biznes qurmaq üçün aldığı 550 min manat pulu istəyəndə isə müxtəlif yollarla bundan boyun qaçırmağa başladı".

Şikayətçinin sözlərinə görə, Hidayət Məhərrəmli pullarını geri istədikdə onu döyməyə, eləcə də hədələməyə başlayıb:

"İlk illər məni döyməyib. Lakin onun yalanlarını, vəd etdiyi biznesi qurmadığını, gəlir gətirmədiyini görərək pulumu istəyəndən sonra mənə şiddət göstərməyə başladı və dəfələrlə döyərək xəsarətlər yetirdi. Həmçinin məni müxtəlif tanışları, dövlət qurumlarında işləyən şəxslərin adları ilə şantaj etməyə başladı. Hətta qardaşımla da təhdidlər edirdi, onu tutduracağını deyirdi, mənim də başıma oyun açdıracağını, "əxi" dostlarına əlimi kəsdirəcəyini, evdən kənara çıxa bilməyəcəyimi deyirdi. Hər dəfə deyirdi ki, heç kim ona heç nə edə bilməz. Bütün günü sosial şəbəkədə videolar paylaşır, mənə acıq verir ki, "hara şikayət edirsən elə, həyat mənim vecimə deyil".

Keçmiş sevgilisindən tanınmış fitnesçiyə ittihamlar:

Ş.Yunusova üzləşdiyi vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyini və Hidayət Məhərrəmlinin əməlləri ilə bağlı araşdırmaların başladığını qeyd edib:

"Mən əslində onunla birgə quracağımız biznes üçün daha çox xərc çəkmişəm, onun məşhurlaşması və bu yolla biznesi inkişaf etdirməsi üçün müxtəlif xarici yarışlara getməsini, ən bahalı restoran və hotellərdə qalmasını, hər il ən prestijli şəkildə ad günlərini qeyd etməsini və çəkilişlər etməsini təşkil edərək maliyyələşdirmişəm. Lakin geri istədiyim məbləğ sırf biznes qurmaq və gəlir əldə etmək adı ilə məndən aldığı vəsaitdir. Xahiş edirəm aidiyyəti qurumlar müraciətimə baxsınlar və mənə dəymiş zərərin ödənilməsinə köməklik etsinlər".

Məsələ ilə bağlı tanınmış fitnesçi bildirib ki, Ş.Yunusovanın iddiaları həqiqətə uyğun deyil:

"Deyilənlərin hamısı yalandır, şər-böhtandır. Mənim əlimdə sübutlar, videolar var. O xanımla mən 2 ildir ki, əlaqəmi kəsmişəm. O məni şantaj edir. Hazırda bununla bağlı polis tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsində də hər şey məlum olacaq".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov isə bildirib ki, vətəndaşa məxsus pul vəsaitlərinin ələ keçirilməsinə dair daxil olan müraciət üzrə nazirliyin aidiyyəti baş idarəsində araşdırma aparılır. Təfərrüat araşdırma predmetidir.

Paylaş

Xəbər lenti

Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48 Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Dünən, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Dünən, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Dünən, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Dünən, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Dünən, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Dünən, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Dünən, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Dünən, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Dünən, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Dünən, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Dünən, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Dünən, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Dünən, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Dünən, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Dünən, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Dünən, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Dünən, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Dünən, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Dünən, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Dünən, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Dünən, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Dünən, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 16:48 Azərbaycanda şair vəfat etdi Dünən, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR