
Yeni tədris ili üçün məktəblərdə şagirdlərin istifadəsi üçün 40 minə yaxın kompüter verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, ilin sonuna kimi proses davam edəcək:
"Məqsəd hər 6 şagirdə bir kompüterin düşməsini təmin etməkdir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.