14-09-2025, 11:48 386

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Yay mövsümü başa çatır, qarşıdan soyuq günlər gəlir. Bir müddət sonra pəncərələr qapanacaq, evlərdə sobalar işə düşəcək. Lakin evlərimizi isitmək üçün açdığımız o kiçik qapılar, bəzən görünməyən bir təhlükəyə yol açır. Səssiz, görünməz və ölümcül dəm qazı hər mövsüm bizi gözləyir. Statistika göstərir ki, hər il dəm qazından zəhərlənmə halları artmaqdadır. Mütəxəssislərin fikrincə, bu kimi halların əsas səbəblərindən biri tüstü bacalarındakı problemlərdir.

Son illərdə bu istiqamətdə hüquqi baza gücləndirilib. Qaz qurğularına, qaz xətlərinə, tüstü bacalarına, havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə sərt cərimələr nəzərdə tutulur. Belə ki, qaydaları pozan fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2500-3000 manat məbləğində cərimələnə bilərlər.

Ölkə Prezidentinin "Qaz təchizatı haqqında" qanunun tətbiqi ilə bağlı bu yaxınlarda imzaladığı fərmanda da tüstü bacalarında və havalandırma xətlərində müayinənin keçirilməsi qaydalarının hazırlanması tapşırılıb. Bəs, görəsən, ölkədə tüstü bacaları ilə bağlı ümumi vəziyyət necədir? Yeni qanun bu sahədə nəyisə dəyişəcəkmi?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bacadan gələn ölümcül TƏHLÜKƏ

40 ildən çoxdur təmizlənməyən bacalar var

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov ölkədəki tüstü bacalarının durumunu qənaətbəxş saymır. Onun sözlərinə görə, bəzi bacalar 40 ildən çoxdur ki, təmizlənmir: "Bu sahədə problemlər kifayət qədərdir. Çünki tüstü bacalarını təmizləyən konkret qurum yoxdur. Bəzi podratçı şirkətlər bu işi öz üzərlərinə götürüblər. Amma təmizləmə ödənişli olduğundan hamının imkanı çatmır".

Ekspert vurğulayıb ki, qaz qurğularının tüstü bacaları mütləq kvartalda bir dəfə yoxlanılmalı və təmizlənməlidir: "Çünki qaz yandıqca qurum yığılır və cihazların gözü tutula bilər. Ona görə bu, mütəxəssislər tərəfindən yoxlanmalıdır. Bunu əhali özü edə bilməz. "Kirpi" deyilən bir alət var, onu yuxarıdan aşağı buraxırlar. Təmizləndikdən sonra da tüstü bacasına məşəl yaxınlaşdırırlar. Əgər məşəl tüstü bacasının dəliyinə tərəf meyllənirsə, deməli, çəkir, əgər düz qalırsa və ya əks tərəfə vurursa, onda işləmir. Bu işlə ancaq peşəkarlar məşğul olmalıdırlar".

Qaz sobalarının istismar müddətinə də diqqət çəkən ekspert deyib ki, dördgözlü sobaların istismar müddəti 20, su qızdırıcılarının isə 10 ildir: "Çox təəssüf ki, hələ də sovet dövründən qalan cihazlardan istifadə edilir. Bu, böyük riskdir. Dəm qazı yanma prosesinin natamam getməsi nəticəsində əmələ gəlir".

"Bacaların təmizliyi dövlət hesabına olmalıdır"

Yeni qanundan gözləntilərə toxunan N.Qasımov hesab edir ki, qaydalar hazırlanarkən bütün problemlər nəzərə alınmalıdır: "Qaydalarda tüstü bacalarında və havalandırma xətlərində müayinənin keçirilməsi mexanizmləri daha detallı hazırlanmalıdır. Həm bacaların müayinəsinə, həm də təmizliyinə cavabdeh qurumlar konkret göstərilməlidir. Eyni zamanda, tüstü bacalarının təmizliyi dövlət hesabına nəzərdə tutulmalıdır. Bu halda hansısa irəliləyişdən danışa bilərik. Əks təqdirdə, qanun elə kağız üzərində qalacaq".

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Bu sahədə müsbət dönüş yarana bilər

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, tüstü bacalarının təmizlənməsi yalnız fərdi evlər üçün deyil, çoxmənzilli binalar, restoranlar və digər iaşə obyektləri üçün də həyati əhəmiyyət daşıyır: "Qaz yandıqdan sonra ayrılan tüstü mütləq bacalar vasitəsilə çölə çıxmalıdır. Əgər bacalar təmizlənməsə, orada yığılan yağ və toz yanğın təhlükəsi yaradır, natamam yanmaya səbəb olur və nəticədə dəm qazı əmələ gəlir. Bu, insan həyatı üçün birbaşa təhlükədir. İnsanların həyat və sağlamlığı üçün tüstü bacalarının təmiz saxlanılması vacibdir".

Ekspertin sözlərinə görə, bəzi evlərin bacaları illərlə təmizlənmir, sakinlər bunun vacibliyini anlamırlar: "Əlbəttə, tüstü bacalarının təmizlənməməsi daha böyük bədbəxt hadisələrə gətirib çıxarır. Elə olur ki, tüstü bacalarının içərisində məişət tullantıları olur, quşlar yuva salır. Bu zaman tüstü bacası istifadəyə yararsız hala gələ bilər. İnsanlar özləri də bacalarını təmizləyə bilərlər. Amma ən doğru yol bu işi ixtisaslaşmış şirkətlərə həvalə etməkdir. Güman edirəm ki, yeni qanun bu istiqamətdə müsbətə doğru dəyişikliklər yaradacaq".

Sahibkarlar arasında məsuliyyət artsa da…

Tüstü bacalarının təmizliyi xidmətini təklif edən şirkətlərdən birinin direktor müavini Elvin Dadaşov isə qeyd edib ki, son illərdə sahibkarlar arasında məsuliyyətin artması hiss olunur, lakin hələ də bu məsələni ciddi qəbul etməyənlər çoxdur: "Yanğın təhlükəsizliyi qaydalarının 7.3 bəndinə əsasən, isitmə mövsümü başlanmazdan qabaq tüstü bacaları qurumdan təmizlənməlidir. Eyni zamanda, bütün isitmə mövsümü ərzində qızdırıcı sobalar üçün üç ayda bir dəfə, dayandırılmamış sobalar və istilik qurğuları üçün iki ayda bir dəfə, mətbəx plitələri və başqa yeməksiz yandırılan sobalar üçün ayda bir dəfə təmizlik aparılmalıdır. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyi tərəfindən aylıq yoxlamalar keçirilir. Qaydalara əməl olunmadıqda cərimələr tətbiq edilir. Ona görə də sahibkarlar son illər sözügedən məsələdə daha məsuliyyətli davranmağa başlayıblar".

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Baca təmizliyində icbarilik tələbi

Şirkət təmsilçisinin sözlərinə görə, əhali qrupu abonentlərdən tüstü bacalarının təmizlənməsi ilə bağlı sifarişlər nadir hallarda gəlir: "Çünki onlara nəzarət edən Mənzil Kommunal İstismar Sahələridir. Ara-sıra 10-15 sifariş gəlir. Biz də həmin sifarişləri qəbul edib təmizliyi aparırıq. Sifarişlər yalnız sovet dövründə tikilən binalardan daxil olur. İndiyədək yeni tikililərdən hər hansı sifariş götürməmişik. Əhalidən tüstü bacalarının təmizlənməsi üçün gələn sifarişin minimum qiyməti 100 manat, sahibkarlardan gələn sifarişin qiyməti isə 150 manat olduqda həmin sifarişi qeydiyyata alırıq". Elvin Dadaşov vurğulayıb ki, yeni qanunvericilik bazasında bu işlərin icbari şəkildə aparılması öz əksini taparsa, dəm qazı təhlükəsini minimum həddə endirmək mümkün ola bilər.

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR