
Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
AVESTA.AZ xəbər verir ki, sentyabrın 16-da Babək rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.
"Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.
Nehrəm qəsəbəsində yerləşən 35/10 kV-luq "Nehrəm" yarımstansiyasını qidalandıran 35 kV-luq "Nehrəm" hava elektrik verilişi xətti təmir olunduğundan 10 kV-luq "Nehrəm-1", "Nehrəm-2", "Nehrəm-3" və "Nehrəm-4" hava xətlərində gərginlik olmayacaq.
Bu səbəbdən saat 13:00-dan 14:00-dək Nehrəm qəsəbəsi, həmçinin Güznüt və Çeşməbasar kəndlərinin elektrik təchizatında fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.